Reklam verin!
AzeriBlog
Hər şey paylaşdıqca gözəldir
 

 
 
 
 

 

AddThis Feed Button
Add to Technorati Favorites

» Son yazı ...
 

 

Salam qələmim..Mən gedirəm..Addımlarla səndən uzağa gedəcəm..Hüzün dolu bir ayrılıq olacaq bu ..Heç yaxşı hiss etmirəm özümü..Son zamanlar çağlayan ilhamımla səni heç xatırlaya bilmədim ..Xəyanətimin cəzasını çəkməliyəm..yenə parlayan Günəş nifrətlə baxır ,yenə sakit əsən meh nədənsə dağıdıcı olub bu aralar...Əzəmətinə baxdığım dağlar başını yerə dikib ,baxmağa üzüm yox heç kimə..Səninlə yatıb durdum qələmim..Mənə çox şeyi öyrətdin..Ama getməliyəm..Sənlə yaratdığım heç nəyi unutmayacam..Həm mən qayıdacam..Üzülmə ..kədər sənə yaraşmaz dostum.Sən ki mənimlə çiyin çiyinə vuruşmağa hazırdın..Vurduğum hədəflərin qızıl qəlpəsi səndən oldu ,mürəkkəbin qəlblərə məlhəm oldu ,bəzənsə acı bir zərbə..Sənin üçün çox darıxacam..Dostum ,can yoldaşım qayıdacam ..Bunu sənə söz verib gedirəm..Mütləq qayıdacam..Yenidən sənlə bir olmaq üçün ..Əgər qayıtmasam pis olma ,həmişə məni xatırla ..

    Keçənlərdə bir yuxu gördüm..Tam sol döş cibimin üzərində gəzdirirdim səni,ürəyimin başındaydın ..Söhbətləşib ,dərdləşirdik ..Anidən atəş səsi eşitdim ..Üzərimə soyuq bir şeyin axtığını hiss etdim həmin an..Elimi sol tərəfimə doğru apardım,əlimə toxunan soyuq mayenin qanım olduğunu zənn etdim ,ama heç incitmirdi məni..Əlimi qaldırdığım an ,gördüyüm mənzərəyə dondum..Əlimlə bir bir olmuş mürəkkəbin artıq göz yaşına qarışmışdı..Vurulan sən olmuşdun ..Həmin an çox əzab verici olmalıydı..Məni qəlbimdən vuran düşmən gülləsi ,səni can evindən vurmuşdu..Həyatımı qurtardığını anı bir yıxılışda,yerdə uzanarkən film kimi gözümdən keçən keçmişimiz görərkən anladım ..Həmin andan sənə bir həyat borcluydum.Bu fədakarlığını yuxu da belə görmək çox sevinc verici olmuşdu...Mənə icazə ver mən ,çıxım..Hərbi xidmətə gedirəm dostum..Görüşənədək..

 

Sizlərdə də  üzülməyin dostlarım ...Bir ildən sonra görüşənədək..Ozünüzə yaxşı baxın .Qismət olsa görüşəcəyik bir daha ..

 


Açar sözlər :

» Bu gün dəyişdim ...
 
Bu gün dəyişildim ...Bir anlıq ,bir saniyəlik..Mən mən olmaq istəmədin..Ətrafımdakı kölgələrin niyə bu qədər xoşbəxt olduğunu anlamaq üçün dəyişilirdim ..Mən o mən deyildim artıq .Kölgəmin belə mən olmadığını anlayırdım ..Səncə insan dəyişincə kölgələr də  mi dəyişirmiş? Mənə pis insanın kölgə formulunu öyrədən varmı ?


Açar sözlər :

» Nöqtə aralarından...
 

Sakitlik və səssizliyin hökm sürdüyü ,hər əqrəb çıqqıltısının ürpətəci səsyilə oyanmışdım..Yuxusuzluğun gözdəki çılğınlığı,kaprizlərin boğaza çatdığı bir gecə ...Tənhaydım yenə ..hər dəfəsində izah etməyə çalışdığım ama hər dəfəsində də anlata bilmədiyim tənhalığın ortasında..


Açar sözlər :

» İki yaşımız tamam oldu ...
 

İki il beləcə keçdi ...soyuq qışı ,isti yayı geridə qoyub keçdi...ən azından  730 gün keçdi..Tam iki il bundan öncə qarşındakı bu blog ilk dəfə olaraq həyata göz açdı ..  Bəzən çevrilərək iki il öncəsinə baxmağa çalışırkən nostalji dolu hisslərin qəhəri boğmağa başlayır ..Yaxşı yadımdadır ilk dəfə blogumu necə yaratdığım ..Əslində o zamanlar yaratdığımda bu qədər tanınanacağıma  inanmırdım..Sadəcə bir həvəs olaraq anlamışdım ilk öncələri ..Sonradan onun həyatımın bir parçasına çevriləcəyinə və bir umid işığı olacağına inanmırdım ...Olduqca çox dostlar qazanacağıma və bir zaman gələcək onların bir çoxunu itirəcəyimi bilmirdim də..


Açar sözlər :

» Təkamül...
 


Açar sözlər :

» göydən üç alma düşdü ...
 
 Bu gün yenə təkliyin son sinfoniyasını dinləyirəm...İllər sonra ilk dəfə bu qədər yalnız olduğumu anladım...Bilmirəm nədən .Omrümü ağ rəngə boyaya bilməyən qarın altında dinləyirəm son akkordları ...Həzin musiqi o qədər rahatlıq vericidir ki ,onu dinləmək üçün sakitliyin ən pik nöqtəsi yetməz ..Ətrafımı hava təbəqəsi kimi əhatə edən bu yalnızlıqdan heç cür qurtula bilmirəm..Ən sevdiyim kitabların belə diksindirici görünüşü insanı xovlandırır ...Artıq onları oxumağa belə qorxuram ..Daha hər həyat hekayəsinin sonu 3 alma ilə bitmir nədənsə ...


Açar sözlər :

Bölmə: Şer
» The End....
 

 

Bu şer mənim deyil ..Bu qədər fəlsəfi bir şer yazma bacarığım yoxdur ..Mən ancaq yazılarda əks etdirə bilirəm ..Gözəl sözlərlə təsvir edilmiş bir şerdir ..Məzmun və axıcılıq baxımından bəyəndim ...Şer anonim biri tərəfindən göndərilib ...həm müəllifin həm də şerin adı olmadığı üçün şeri özüm adlandırmağa məcbur oldum ...The END

 

 

 

DARIXDIM SIXILDIM BILMİRƏM NƏDƏN
RUHUMA BİR ANLİQ DAR GƏLDİ BƏDƏN

ÜRƏYİM AĞRIDI, ÜRƏKDƏ YARA
MƏLƏYİM ŞEYTANDIR ÖLÜMÜM QARA

KƏFƏNİM İPƏKDİR, İPƏKDƏ YATAM
CƏHƏNNƏM ALOVDUR CƏNNƏTİ HARAM


Açar sözlər :

» bir az siyasətdən ...
 

Həyatımda bir iki dəfə siyasi mövzuda  yazım oldu.. (baxmayaraq ixtisasım dövlət idarəçisidi) ..Nədənsə siyasət və idarəçilik , onun müəyyən keyword-ləri haqda yazmağı çox da düşünmədim..çünki bu cəmiyyətdə bunu anlayan çox  az insan tapılacaqdı .. Aristotel siyasətinin ,Sokrat təfəkkürü ,Platon nəzəriyyələrini müasir cəmiyyətin insanı utopiya kimi qavrayıb artıq ..Ona görə belə bir reallığın var ola biləcəyinə hər kəs gülər .Ümumiyyətlə  bizim cəmiyyət yaxşı hər şeyi çətinliklə qavrayır ..


Açar sözlər :

» Picasso dünyası ..
 

Yenə sakit otaqda ağ kağızlarla ətrafı zibilləməklə məşğulam..Səpələnmiş kağızlar ətrafımda ,qələmin kölgəsi divarda hərəkətdə..Ünvanı bilinməyən məktubun həyatdan küsümüş sahibi üçün yazıram..Yenə təkliyi ilə barışıb bir küncə çəkilmiş qaranlığım üçün yazıram ..yenə əriyən şam ətrafımda ,hər sözü zarafat dolu insanlardan uzaqda.səmimiyyət arxasında xaincə gülüşlərdən uzaqda yazıram yenə..Hərdən gələn paranoyluğun əzablı dəqiqələrini də hesaba qatsaq bir az ..hər kəs gülür ,ancaq niyə mənim həyatımdakı gülənlərə düşmənlərim kimi baxıram axı ..illər keçdikcə çox şey dəyəşir ,yaxşıya dəyişən isə heç nə yoxdur ..həyatın necə bir xain olduğunu anladıqca daha çox kinli ,daha çox qəddar olmağa başlayıram ..bəzən qarşındakının səni axmaq yerinə qoyması .


Açar sözlər :

» Monoloq...
 

 Bəzən sözüm bitər…qələmində laxtalana bilməyən mürəkkəbin yaratmış olduğu gölməçələri təmizləməyə çalışaram..Niyə ? nə üçün ? səbəbin belə bilməyə bilməyə bitər sadəcə..ümidsizlik  qırıntıları arasından bir nikbinlik şüası bürüyər hər tərəfi ..o da yarımçıq və sönük..Boğuq bir piononun qırıq notlarında səslənməyə başlar təkliyin şah əsəri .Ama mənim sözlərim var ,təklikdən uzaqlaşdıran..Kimsəsiz və yalnız olmağı istəmir sönük ruhun sahibi .


Açar sözlər :

   Yazılar cəmi: 144   Sonrakı səhifə »