-
baxış202
Gözəllikmi yoxsa düşüncələrmi
Yazar: Vuq@r Tarix: Avqust 30, 2008 10:56
Siz olsaydınız nəyi seçərdiniz ?
Davamından maraqlı və gercək dolu bir hekayə ....
Ewanın 22 yaşı təzəcə tamam olmuşdu, özündən əmin, çox ağıllı və çox cazibədar bir cavan oğlan idi . 10 gündən sonra Koreyadakı müharibə zonasına yollanmaq üçün İngiltərədən ayrılacaqdı, heç bir şeydən qorxmurdu amma bir az romantik insan olduğundan, ölkəsindən ayrılmaq çətin gəlirdi ona.
Ağır addımlarla böyük bir kitabxanın qapısından içəriyə girdi, bir kitab götürüb oturdu və səhifələməyə başladı. Həqiqətən də çox gözəl mövzuları özündə əks etdirən bir kitab idi, amma daha da maraqlı olanı isə kitabı daha əvvəl başqasının da oxumuş olması və bəzi yerlərə qeydlər götürmüş olması idi. Oxuyanın qeydlər götürdüyü hissələr Ewana maraqlı gəldi, qeydləri oxuduqca sarsılırdı. Kim ola bilərdi bu? Dərhal kitabxanaçıya yaxınlaşdı və əvvəl kitabı oxuyan adamın kim olduğunu soruşdu
“Holly adında bir qadındır” deyə cavab verdi kitabxanaçı
Qadının ünvanın kitabxanaçıdan aldı və evə çatar çatmaz bir məktub yazdı:
"Böyük Kitabxanada bir kitab oxudum. Əlavə etdiyiniz qeydlər qarşısında heyranlıq duyduğumu gizlədə bilmədim. 10 gün sonra Koreyaya gedirəm, sizi tanımaq və sizinlə məktublaşmaq istəyirəm. Cavabınızı səbrsizliklə gözləyirəm.
Hollydan müsbət cavab gəldi və məktublar ardı arxasına yazılmağa başlandı. Hər yeni məktubda bir-birlərindən bir az daha təsirlənir, ürəklərini bir-birlərinə bir az daha açırdılar. 2 il bu şəkildə keçib getdi. Ewan və Holly bir-birlərinə bəlkə minlərlə məktub yazmış, hər məktubdan da biri birilərinə daha da bərk bağlanmışdılar.
Ewanın ölkəsinə geri dönmə vaxtı gəlib çatdı, son məktubunda Hollyni görmək istədiyini yazdı. "Ancaq səni tanıya bilmək üçün mənə bir şəkilini göndər xahiş edirəm" deyə əlavə etdi.
Holly görüşməyi qəbul etdi lakin şəklini göndərmədi. "Şəkilin nə əhəmiyyəti var ki? Bizi bir birimizə bağlayan ürəklərimiz deyilmi? Yaxama qırmızı bir çiçək taxacağam." dedi.
Günlər bir-birini qovdu və Ewan ölkəsinə qayıtdı. Qatardan endiyi ilk anda gözləri Hollyni axtardı. Bir müddət baxdı baxdı, sonra insanların arasından indiyə qədər gördüyü ən gözəl bir qadını gördü. Uzun boylu, çox gözəl, uzun sarı saçlı, gömgöy iri gözləri və mavi paltarıyla möhtəşəm bir qadın idi. Qadına doğru bir addım atdı, amma yaxasında heç bir şey yox idi. Qadın onun gözlərinə baxdı və "Salam dənizçi, mənimlə gəlmək istərsənmi?" deyə soruşdu. Elə həmin an gözəl qadının arxasında , yaxasında qırmızı çiçək olan qadını gördü. Qısa boylu, kök , boz qısa saçlı, tozlu uzun paltosu və qalın biləkləriylə sakitcə dayanırdı. Ewan çaşmış idi, az əvvəl həyatında gördüyü ən gözəl qadından bir təklif almişdı amma qarşısında da ürəyinə aşiq olduğu qadın dayanırdı. Özünü yığışdırdı və yanından keçən dünyalar gözəli qadına vecinə almadan irəlilədi. Əlində Holly ilə bir-birlərini tanımalarına kömək edən kitab vardı. Əlini uzatdı,
-"Salam Holly" dedi gözlərinin içində gülümsəyərək.
-"Bağışlayın" dedi qadın.
-"Mən Holly deyiləm.
Bir az bundan qabaq buradan keçən sarı saçlı mavi paltarlı qadın yaxama bu çiçəyi taxdı və bunun həyatının imtahanı olduğunu söylədi. Sizi stansiyanın çıxışındakı cafedə gözləyəcəkdi..."
Şərhlər(19)
Hekayələr
-
Ruzigarim Avqust 31, 2008 21:38
-
Leyla Avqust 31, 2008 23:56
2Xosladim.
Eger bu veziyyetde hansisa bir gozelce menim yaxama gul taxsaydi men hemen an derdden ve inciklikden olerdim... yaziq cirkin qiz... Dehset!
-
Vuq@r Sentyabr 1, 2008 0:07
3He Ruzigarim...Menim de ureyime yatdi . Ve sizinle paylasdim ...
Cunki Ewanda ozumu gordum
-
Vuq@r Sentyabr 1, 2008 0:11
4Allah elemesin Leyla .Niye olerdin ki ....
Insanin gozel ureyini hec neye deyismek olmaz .Bu ehvalatda Ewanin bexti getirmisdi ki ureyini sevdiyi insan xarici gorkemi de ureyi kimi gozel idi ... Mene "içi boş" kuklalar kime gerekdi ki .... ?
-
Dj-Fehmi Sentyabr 1, 2008 1:28
5ayda ne tesirli hekaye idi....ancaq men ozumu saxlaya bilmezdim ey gozellik ayri seydi ancaq ne bilim
agilda oz yerinde olsa yaxsidi....ancaq menim heyatimin qadinin agli 30 faiz olsada olar 70 faiz gozel olsun mene besdi agili mene fikirlerimi bolusmekde lazim olacaq ta pul qazanmaqda yox o meselede ozum olmemisemki tehsilimi bos bosuna almiramki ..ne ise diyesen cox danisdim
-
Vuq@r Sentyabr 1, 2008 1:50
6AY menim balaca qardasim ...Fehmi senin bele dusunmeyin yasindan ireli gelir ...Sen gel menim yasima ..goreceksen ki gozellik hec bir seydir ...Duzdur cirkin qadin yoxdur ...Ozune diqqet etmeyen qadin var ....Zovqler tebii ki ferqlidir ...Mene gore birinci ureyi sonra xarici gorunusu....Sayti ziyaret etdiyin ucun cox sag ol qardasim Fehmi
-
Ruzigarim Sentyabr 1, 2008 10:19
7Bu arada Vuqar, sayt çox qəşəng olub, əsas da başlıq və şərhlər. Ssuper
-
Şəbnəm Sentyabr 1, 2008 18:18
8Salam. Bilmirəm mən demişəm ya yox, demişəmsə eybi yox, birdə deyim, sayt mənim də xoşuma gəldi, əsas da ki, başlıq.
Bu əhvalat isə maraqlıdır. Məncə gözəllik nə qədər vacib olsa da ağıldan, ürəkdən artıq deyil. Gözəllik vaxt gələcək solacaq, ürək isə daimdir. Ürəyin, mehribançılığın, hörmətin ağlın gətirəcəyi səadəti heç bir gözəllik əvəz edə bilməz. Bütün özünü gözəl hesab etməyənlərə deyirəm ki, nahaq yerə özlərini incitməsinlər və onları lağa qoyanlara da fikir verməsinlər. Hər insanın bir gözəlliyi var. O lağ edən gözəlçələrin keyliyindən bir şey çıxan deyil.
Bir əhvalatı da mən danışım: Bir kişi var imiş və çox qısqanc imiş. Qısqanclığı ucbatından deyirmiş ki, - mən elə bir qız alacam ki, ona heç kim baxmasın. Yəni kifir qız alacam.
Belə də edir. Kişi kifir bir qızla ailə qurur. Bir gün yoldaşı ilə restoranda yemək yeyərkən başqa bir kişinin bunun həyat yoldaşına hey baxdığını görür. Axır dözməyib, durub kişidən soruşur ki, - sən axı nəyə baxırsan?! O biri də cavab verir ki, - bağışlayın, qadının qulaq əti (sırğa taxılan yer) o qədər gözəldir ki, gözümü çəkə bilmirəm.
Bu da kifir saydığı qadın...
Gözəllik insanın daxilindədir, ürəyindədir, dilindədir.
Maraqlıdır, Vüqar, çox sağ ol!
-
Şəbnəm Sentyabr 1, 2008 18:25
9Vüqar, sənə bir sual:
"Qüvvətə dayanmayan ədalət aciz , ədalətə dayanmayan qüvvət isə zalımdır"
Bu cümlə kimə məxsusdur?
-
Vuq@r Sentyabr 1, 2008 18:48
10Salam Şəbnəm...Qızıldan dəyərli vaxtını blogumu ziyarətə sərf etdiyin üçün çox sağ ol
Həqiqətən də daxılı gözəlliyi heç nəyə dəyişmək olmaz. Sənin danışdığın əhvalat mənalı idi .Xoşum gəldi və düşünməyəy vadar etdi ..Minnətdaram
------------------------------------------------------------
"Qüvvətə dayanmayan ədalət aciz , ədalətə dayanmayan qüvvət isə zalımdır"
Bu ifade menim ən cox sevdiyim ve beyendiyim turk reper Sagopa Kajmerin "Kaç" (Neçə) adlı repindəndir....
Onun bütün replərində dərin mənalı sözlər vardır ..Elə ona görə çox bəyənirəm.
-
Aynurka Sentyabr 2, 2008 20:21
11Salamlarrr.Cox maraqli hekayedir..Tesekkurler..Size yeni yeni ugurlar...Allah komeyiniz olsun...
-
Həsənəlizdə Ramin Sentyabr 2, 2008 22:20
12Salam Vüqar!
Mənim üçün banner düzltmisən, çox sağ ol, əziyyət çəkmisən! Əllərinə sağlıq. Minnətdaram, çox xoşdur.
Uğurlar sənə!
-
Vuq@r Sentyabr 3, 2008 1:06
13cox sag ol Ramin .Beyendiyine men de sevindim..
-
vuska Sentyabr 8, 2008 8:59
14ela movzu idi. teshekkur vuqar. bu bir faktdi ki insan ureyi deyishmir. ama ele gozel insan bedbext hadise neticesinde deyishile biler ki onun gozelliyinden danishmaq mumkun olmasin. ama urek oz yerinde durur. menim ish yoldashim chox gozel qiz olub ama avtomobil qezasinda onurga sutunu eyilib. indi de gezir deyir gulur yeni ureyi oldugu kimidir ama gorunushu yox. hech vaxt hech kim gorunushe aldanmasin
-
Vuq@r Sentyabr 8, 2008 21:28
15Seninle tamamiyle raziyam ...Urek yerinde durur ...Is yoldasiniza gore de cox uzuldum
...
Diqqetin ucun sag ol Vuska
-
minkushka Sentyabr 9, 2008 11:20
16yaxshi hekayelerdi cox sagol.
-
shebnem Sentyabr 11, 2008 21:36
17Salam.Chox maraqli blogun var.Heqiqeten uzerinde chox ishlemisen.Sene ugurlar arzulayiram.Bu arada menim de bloguma girib fikir bildirdiyine gore teshekkur edirem.Eger maraqlandigin bir shey olsa yaz.Helelik.Sukani bele saxla!
-
Gunel Oktyabr 28, 2008 17:49
18bu danilmaz faktdir ki,esl ve ebedi gozellik daxili gozellikdir,daxili gozel insani bizim morqa getirende de arxasinca rehmet verirler ki,yaxwi insandi,hec "gozel insandi" diyeni ewitmedim,ama orasi da var ki,insanin daxili gozel olsa o xarice de azca da olsa yansiyir
menim fikrimdi bu,razilawmayanlar cox ola biler
-
Melhem_OzTurK Oktyabr 30, 2008 10:11
19He bu meqaleni men bilirdim. Cox gozel bir meqaledi.Vuq@r Ellerine saglik meqalede superdi blogun da.

- Ağlayan da insan ağladan da insan!
- Belə baxanda...
- Islam, Haqq Din
- UNUDULANLAR
- WWW.ICELL.TK
- Mürəkkəb dolu qələm
- WwW.ZorR.Tk-burada her sey zorrdu.
- businessway.tk
- Ruzigarım
- cızma-qaralar...
- OAZİS (vahə)
- təkrar biliyin anasıdır
- Qalereya
- hər şey haqqında
- Qubadli
- IT sevərlər üçün hər şey!
- AZƏRBAYCANDA ILK HAZIR KOD SAYTI
- Aynurkanin bloguna xos gelmisiniz!!!
- Siyasi mücrü ....Açılır artıq
- Yeni sayt hazirdi www.aznax.tk yazin ve daxil olun
- Sevgi dolu anlar !
- mehsetimusa



Ay daaaa, zor ehvalatdi