-
baxış106
Heç xəyallarınızdan "2" aldınızmı
Yazar: Vuq@r Tarix: Avqust 30, 2008 10:10
Heç həyatda qurduğunuz xəyala 2 qiyməti verən olub mu ?
Bu hekayənin qəhrəmanı xəyallarından 2 qiyməti alandan sonra görək
həyatında nələr baş verdi
O orta məktəbdə oxuyarkən , böyüyəndə nə olmaq və nə etmək istəyirsiniz mövzusunda bir inşa yazmasını istədi müəllim.
Uşaq bütün gecə oturub günün birində at ferması olmağını hədəflədiyini izah edən 7 səhifəlik bir inşa yazdı. Xəyalını ən incə detallarıyla izah etdi. Hətta xəyalindaki 20 hektar fermanın planın da çəkdi . Tikiləcək tikililərin, axırların və atların qaçış yerlərini göstərmişdı öz inşasında.Proyektində 20 hektarlıq ərazinin planına qalacaqları 1000 kvadrat metrlik evin detallı planını da əlavə etdi.
Sabahısı gün müəlliminə təqdim etdiyi 7 səhifəlik tapşırıq, elə bil ki ürəyinin səsi idi.. İki gün sonra tapşırığı geri verdi müəllimi ona. Kağızın üzərində qırmızı qələmlə yazılmış böyük bir "2" və "Dərsdən sonra məni gör" xəbərdarlığı vardı.
-"Niyə "2" aldım?" deyə maraqla soruşdu müəlliminə, uşaq..
-"Bu sənin yaşında bir uşaq üçün həqiqi olmayan bir xəyal" dedi, müəllimi..
"Pulun yox. Səyyah ailədən gəlirsən. Qaynağınız yox. At ferması qurmaq böyük pul tələb edir. Əvvəl ərazini satın almalısan. Damazlık heyvanlar da almaq lazımdır. Bunu bacarmağın qeyri-mümkün" deyə əlavə etdi:
"Əgər tapşırığını həqiqi hədəflər təyin etdikdən sonra yenidən yazarsan, o zaman inşanı yenidən nəzərdən keçirərəm." uşaq evə gəldi və xeyli düşündü . Atasıyla məsləhətləşdi.
"Oğulum" dedi atası "Bu mövzuda qərarını özün verməlisən. Bu sənin həyatin üçün olduqca əhəmiyyətli bir seçimdir!."
Uşaq bir həftəyə qədər düşündükdən sonra tapşırığını heç bir dəyişiklik etmədən geri apardı müəlliminə..
"Siz verdiyiniz qeydinizi dəyişdirməyin" dedi. ."Mən də xəyallarımı..".....
O, o vaxt hələ 4-cü sinif şagirdi idi , bu gün 20 hektar ərazi üzərindəki 1000 kvadrat metrlik evdə qalan ferma sahibi idi. İllər əvvəl yazdığı tapşırıq otağında üzərində çərçivələnilmiş olaraq asılı.
Əhvalatın ən maraqlı tərəfi isə :
Eyni müəllim, keçən yay 30 şagirdini bu fermaya ekskursiyaya gətirdi. Fermadan ayrılarkən köhnə şagirdinə "Bax" dedi, "Sənə indi söyləyə bilərəm. Mən sənin müəlliminkən,çox uşağı özüm də istəmədən öz xəyallarından elədim.
Allah' dan ki, sən, xəyalindən imtina etməyəcək qədər qətiyyətli idin."
Sizlər də xəyallarınızdan tez əl çəkməyin ....Mübarizə edənlər həmişə qazanır
Şərhlər(5)
Hekayələr
-
Ruzigarim Avqust 31, 2008 21:43
-
Gunel Oktyabr 28, 2008 17:38
2men xeyallarimi ozum oz ellerimle dagitmiwam qarwiliginda bir wey oyrenmiwem,insan ozu-ozune elediyini en boyuk duwmeni de eliye bilmez,maraqli hekayeydi
-
Melhem_OzTurk Oktyabr 30, 2008 10:19
3Heqiqeten de beledir. Bezen ele olur ki bele savadsiz muellimlerin ucbatindan ushaqlarin heyati korlanir. Men icazenizle bu meqaleni bashqa bir web unvana dashimaq isteyirem
ona gore de gerek bilim ki bu meqalein muellifi kimdi? Vuq@rmi deyilmi?
-
Vuq@r Oktyabr 30, 2008 12:02
4Blogumu ziyaret etdiyin tesekkur edirem Melhem ..
.Bu hekayedir ..Men tercume elemisem ,,,Yzan muellif men deyilem .eslinde bunu muelifin da bilmirem kimdir ..Hekaye olduguna gore .
Basqa bir web unvana dasiya bilersiniz ..ama sizden xahis ..hekayeni yerlesdiriyiniz unvanin linkini mene ata bilersiniz sonra ...
Diqqtiniz ucun cox sag olun
-
Melhem_OzTurK Noyabr 2, 2008 19:52
5Tebii ki obu unvan bizim Universitet ushaqlari terefinden yaradilib buyurub baxa bilersiniz
www.4all.az

- Ağlayan da insan ağladan da insan!
- Belə baxanda...
- Islam, Haqq Din
- UNUDULANLAR
- WWW.ICELL.TK
- Mürəkkəb dolu qələm
- WwW.ZorR.Tk-burada her sey zorrdu.
- businessway.tk
- Ruzigarım
- cızma-qaralar...
- OAZİS (vahə)
- təkrar biliyin anasıdır
- Qalereya
- hər şey haqqında
- Qubadli
- IT sevərlər üçün hər şey!
- AZƏRBAYCANDA ILK HAZIR KOD SAYTI
- Aynurkanin bloguna xos gelmisiniz!!!
- Siyasi mücrü ....Açılır artıq
- Yeni sayt hazirdi www.aznax.tk yazin ve daxil olun
- Sevgi dolu anlar !
- mehsetimusa




Mektebde inşa vermişdiler: men kime oxşamaq isteyirem? Mmen de yazmışdım ki, özümə.
O uşağın xəyalı elə də böyük deyildi