-
baxış215
Sevgili düşüncələrim
Yazar: Vuq@r Tarix: Sentyabr 4, 2008 0:20
Gecə saatlari ..Gün bu günü qovub ertesi gün etmişdi .Komputeri söndürüb həyətə düşdüm.Sinəmdə sanki ağır bir şey hiss etdirdim....Ürəyim idi .Niyə bu qədər ağırlaşmışdı ? Sevgini tək daşımaqdan idi hərhalda
....yorulmuşdu tək başına .Axı əvvəllər də səni sevirdim .Ama bu qədər yorulmurdu ürəyim.Deyəsən zamanı gəlib sevgimi etiraf etməyin .Bölüşməliydim bu sevgini.Cürətim də çatmırdı bunu sənə deyim .Desəydim sənə bu agırlıq məni yerin dibinə qədər çəkib aparacaqdı .Bunun adı ölümdür.Yoxxxxxx ....deməliyəm. Deməsəydim də yenə də ürəyimdə olan cavabsız sevgim məni öldürəcəkdi .
Soyuq su damcısı məni düşüncələrimdən ayırdı .Bu yağış idi .... düşüncələrimin mənə əzab verməsinə dözmədi.İlk dəfə idi ki yağışda səni düşünürdüm.Yavaş-yavaş güclənməyə başladı...sanki mənim başımı qatmaq istəyirdi ki , bir neçə anlıq da olsa düşüncələrimdən ayrılım.Ama o bilmirdi ki mən səni yağışlı bir gündə sevmişdim.Əksinə o səni mənə daha da xatırlatdı .
Yenə düşüncələrə qərq oldum.Bəlkə yağış sənin sevgin idi ki üzərimə yağırdı ? .Yəqin mən bunu anlamıram.Başdan ayağa yaş içində idim....Yağış islatmışdı məni.Yox bu yağış deyildi .Sənin sevgin idi mənə sarılmışdı.Niyə özümü aldadıram?.Sənin də məni sevməyini heç hiss etdirmədin axı .....Səhərə qədər sənin üstümə yağan sevginə sarılıb qalmaq istərdim.Sevgin məni xəstə edib öldürsə də yenə də peşman olmazdım.
İldrım da çaxmağa başladı....Sanki o da mənim dərdimi bilib mənə nəyisə işarə edirdi ..Bilirəm..... demək istəyirsən ki mən də sənin kimi çaxım.....Sevgimi deyə biləcək qədər ürəkli olum .Bir anlıq ildrımın üzərimə doğru gəldiyini hiss etdim.Qorxdum....ölməkdən yox.İldrım tək çaxmasam səni itirəcəyimdən qorxdum.Çünki ildrım məndən ürəkli idi.Onun itirəcəyi heç bir şey yox idi .Ama mənim var idi ..O Sən idin.
Göyün üzündə buludlar biri birini qovurdu.Sanki sevgililər kimi qaçdı tutdu oynayırdılar .Mən heç oynamamışam səninlə bu buludlar tək ....Cünki sənə heç sevgimi deyə bilməmişəm.Sanki onlar mənə sevginin sirinliyini başa salmaq istəyirdilər .....Başa salmaq istəyirdilər ki sən də sevginin arxasınca bizim kimi qaçsan bir gün tutacaqsan ....və buludların biri birinə qovuşması kimi qovuşacasan ..Ehhhhhh.
Harda o ürək ki mən sənə deyə bilim sevgimi.
Birdən qulağıma körpə səsi gəldi .O , ağlayırdı .Mən də hər bir uşaq tək körpə ikən ağlamışam .Ama mənim ağlamağım başqa idi sanki ......Sanki mən indiki günümü bilib ağlayırdım .....O vaxt ağladım ki bu gün cavabsız sevgim qarşısında naəlac qalıb göz yaşı tökməyim ...Anası layla deyirdi ki ağlamasın deyə körpə.Mənə də anam layla demişdi körpəykən ....Ama indi dərdimi kimə deyim ki mənim laylayımı çalan olsun...
Artıq siqaretim qutarmışdı.Əlimi paçkaya atdım.Son siqaretimi səni düşünə düşünə çəkmişdim.Siqaretin tüstüsü sənin portretini yaratmışdı gözümün önündə ...O mənə daha da əzab vermək istəyirdi ki səni unudum ....Bəlkə də düz edirdi ...İstəmirdi iki əziyyəti bir yerdə yaşayım.Sənin və siqaretin ciyərlərimdəki əzabı.
Artıq gecə saat 1 : 00 olmuşdu.İldrım da caxırdı ....yağış da yağırdı.Ama sən mənim düşüncələrimdən getməmişdin.........
Şərhlər(27)
Maraqsız düşüncələr
-
Turalfot Sentyabr 4, 2008 8:06
-
Vuq@r Sentyabr 4, 2008 11:23
2
Menimle hemfikir olduguna ve meni anladigina sevindim.
BU veziyyetde neylemek olar ...Ya cekib getmek ya daaa.......
-
Mehin Sentyabr 4, 2008 19:48
3Səmimi və içdən gələn bir yazıydı.
Bu yazdığınız bir şeri xatırlatdı:
...Boşalmış siqaret qutularıyla
Sənin ad gününü keçirəcəyəm....
-
Vuq@r Sentyabr 4, 2008 19:51
4Saytimi ziyaret edib oz deyerli fikirlerinizi bolusduyunuz ucun cox sag ol Mehin ....Tesekkur
-
ayaz Sentyabr 4, 2008 20:49
5salam vuqar necesiniz men size bir defe yazmisdim lakin cavab vermediniz man effir.tk saytinin adminiyem siz menim saytimi reklam edin men de sizin saytinizi
-
ruzigarimin refiqesi Sentyabr 6, 2008 22:10
6men siz oglanlari hec cur basa dusmurem :
burda ne varki cekinmeli sevdiyinizi deye bilmirsiz??? camaat kosmosa gedire sizde oturmusuz yana yana sevginizi etirafda ede bilmirsiniz. sevginize sahibde cixada bilmirsiniz
-
Vuq@r Sentyabr 6, 2008 23:08
7Xanım siz oğlanları deyil ...Əsl sevginn nə olduğunu anlamırsıznız...Bir də ki mənim vəziyyətimi bilmirsiniz.İlk növbədə sevgi hörmətdir ...o qədər hörmətin qarşısında sevgini demək elə asan gəlməsin sizə.Bəlkə siz əls səbəbi bilsəniz bir dənə də dəsmal götürüb ağlayarsınız..Bir də ki sevgi kosmos əsrinə baxmır ...Mən sizə illərin sevgisindən danişıram..Kosmos əsrinin sevgisi də elə özü kimi uçub gedəndir ...
Nəysə....... bunu anlayırsınız ya yox....
yenə də diqqətiniz üçün çox sağ olun
-
vuska Sentyabr 8, 2008 8:47
8bu movzu basha dushen uchun chox derindi. ama yene de insan iradeli olmalidir. bele movzulardan o qeder de chox anlamiram. bu heyatda her shey duzelendi.
-
Vuq@r Sentyabr 8, 2008 21:24
9Ilk novbede blogumu ziyaret etdiyin ucun sene tesekkur edirem Vuska
Duz qeyd etdin ki bu movzu basa dusenler ucun cox derindi ...Bu ovzu haqda hec ne anlamamanizi tovsiye ederdim ...Cunki sonu olmayan yoldur ...
..Ama esl sevginin qabaginda irade de eyilir ...Diqqetiniz ucun cox sag olun
-
minkushka Sentyabr 9, 2008 11:18
10cox gozel idi mende bele hekayeler sevirem.cox sagol.
-
Vuq@r Sentyabr 9, 2008 13:00
11Salam Minkushka ...Blogumu ziyaret etdiyin ucun cox sag ol ...Tesekkur edirem .Ama bu hekaye deyildi ..Bu heyatimdan dusunceler idi .
-
asif eminov Sentyabr 10, 2008 2:12
12Vug@@@@@r, urekli ol. Onda her shey istediyin kimi olacaq. Risk ele. Yoxsa heyatda hec ne qazanmayacaqsan. Lap uduzmaq faizin cox olsa da, yene de risk ele. Bele hallarda, etiraf etmemeyin, onsuzda uduzmagindir. Shansin ola-ola onu niye qacirdirsan, axi?
R-i-s-k ele.
-
Mehin Sentyabr 10, 2008 10:08
13
Sevgi bu halıyla gözəldi.
Maddiləşəndə dadı da dəyişir, strukturu da.
-
Şəbnəm Sentyabr 11, 2008 19:53
14Salam Vüqar qardaş.
Sırf öz hekayəni bizimlə bölüşdüyün üçün sənə minnətdaram. Hekayəni oxuduqca düşünürdüm ki, bunu kim yazıb, öz-özümə dedim ki, indi şərh yazıb, soruşaram. Sonra isə şərhləri oxudum və hekayənin sənə məxsus olduğunu və hekayə də yox, real, yaşanan hisslər olduğunu bildim. Üzüldüm. Sənin səmimiliyinə inanıram və istərdim hər şey yaxşı olsun. Uğurlar diləyirəm.
Yaşadıqca bəzən təsadüflərə inanmıram. Mən hər zaman qismətə inanmışam və inanıram da. Amma, heç vaxt təsadüfü də inkar etməmişəm. Yəni ona da inanmışam. Qısaca olaraq deyim ki, qismətə olan inamım hədsizdir. Bunu da ona görə deyirəm ki, sən sadəcə ürəyivin səsini dinlə. Ürəyini qıza açsan, deməli açmalıydın, açmasan deməli açmamalıydın. Gələcəkdə özün bunun şahidi olacaqsan. Bilmirəm, bəlkə mən də səhv düşünürəm, amma, məncə hər şey olacağına varır. Belə bir məsəl var: olana və ölənə çarə yoxdur. Olan onsuz da olacaq.
Mən səni başa düşürəm, burda hər şeyi danışmaq, açıqlamaq olmur. Yəni, səbəbini də yazmamısan. Ruzigarımın rəfiqəsinin şərhi və sənin ona cavabını oxumasaydım (yəni bilmədiyimiz səbəblər var) mən də bəlkə də onun kimi deyərdim ki, niyə bu oğlanlar cəsarət edə bilmirlər?! Amma, sənin səbəblərin var ki, onları biz bilmirik. Ona görə də burda qızlar səni qınaya bilər. Bu o demək deyil ki, bunu başa düşmürlər, sadəcə sənin səbəblərini bilmirlər. Hələ yazını oxuduqca düşünürdüm ki, burda axı nə var belə: sevən və sevgisini açıqlaya bilməyən bir oğlan və bəlkə də unutmağa çalışan. Mənə qəribə gəlmişdi ki, sevir və sadəcə etiraf edə bilmir. Daha unutmaq nə üçün, əzab nə üçün? İndi aydın oldu ki, səbəblərin var.
Bacın sənə uğurlar və xoşbəxtlik diləyir. Allah köməyin olsun.
-
Vuq@r Sentyabr 12, 2008 19:17
15Salam Şəbnəm...Hə bu hekayə özümə məxsusdur...Ama bunu lap çoxdan yazmişam..Artıq mən sevgimi etiraf da etmişəm ...cavabın da almışam ...

Onu deyim Şəbnəm sənin sevgiyə aid gözəl fikirlərin var ...
-
Şəbnəm Sentyabr 13, 2008 11:16
16Əgər hər şey yaxşıdırsa, şükr allaha. Sevindim.
-
Vuq@r Sentyabr 14, 2008 11:49
17Yox çox təəsüf ki hər şey yaxşı deyil ..
Çünki müsbət cavab almadım ...
-
Şəbnəm Sentyabr 16, 2008 19:52
18Yəqin ki, belə də olmalıymış. İrəliyə bax. İnşallah gələcək sənə elə nur saçar ki...
-
Ekberova AYSEL Sentyabr 18, 2008 11:05
19Salam Vuqar yazdiglarinin hamsini oxudum cox teecublendim yazdiglarinindan ele basa dusdum ki sen qizi cox sevirsen amma men o qiza deyerdim ki seni sevsin deyeceysen niye?heqiqetensevilmelisen her halda meni tanidin e-mailda olan AYSEL sagol ozunu qoru
-
Vuq@r Sentyabr 18, 2008 21:27
20Salam Aysel ...he tanidim
Ama o meni sevmedi ..men de unutmaga calisdim ...
Artiq qarsimda yeni sehifeler acilir ..Bu da bir qismet idi ...
Aysel sen de ozunu qoru ..Allah her kese komek olsun
-
Vuska Sentyabr 19, 2008 14:07
21men bura tesadufen geldim ve maraqli geldi sevgiye gore isterdim hec kim uzulmesin cunki uzulmeye deymez.
Sevgi agladir, uzur, sizladir, incidir, derd verir, birlesdirir ayirir ...
-
Vuq@r Sentyabr 19, 2008 18:52
22Eledir
....Ama neynemek olar ...sirin oldugu kimi de aci terefleri de var ..
-
Ruzigarim Sentyabr 28, 2008 1:35
23Amma mene heç kes sevgi etiraf etmeyib
-
Vuq@r Sentyabr 28, 2008 9:49
24Belke sen etiraf ucun şans vermemisen ....
Çünki etiraf --etiraf edendən çox etiraf edilən insana bağlı bir şeydir ...Gərək qarşındakı insanı etiraf etdiyi zaman anlayışla qaşılayacağına güvən yaradasan ....
-
Solar Oktyabr 8, 2008 14:55
25men sizin bu dusuncelerinizi olduqca derinden oxudum...demey bele siz oz ureyinizle uzun uzun danisib bu ise son qoya bilersiz..belke qarsi terefinde size bos olmadiqini qore bilersiz ..sadece cesaretle ureyi bir birine baqlamaq lazimdir!!!!her sey uryinizce olar Insallax!!!
-
fatimə Oktyabr 19, 2008 19:52
26çox təsirləndim nə bədbəx adam imişsən sən amma bədbəxliyin özüvə qalsın mənim blokuma gir brat
-
Melhem_OzTurK Noyabr 4, 2008 17:08
27Pessimist bir yazi bu yaziya sherh vermek cox istiyirem ama vere bilmirem yeqin bu hisslerimi yashamamisham ona gore)))))))))) Vuq@r ne deyimee Allah sebr versin)))

- Ağlayan da insan ağladan da insan!
- Belə baxanda...
- Islam, Haqq Din
- UNUDULANLAR
- WWW.ICELL.TK
- Mürəkkəb dolu qələm
- WwW.ZorR.Tk-burada her sey zorrdu.
- businessway.tk
- Ruzigarım
- cızma-qaralar...
- OAZİS (vahə)
- təkrar biliyin anasıdır
- Qalereya
- hər şey haqqında
- Qubadli
- IT sevərlər üçün hər şey!
- AZƏRBAYCANDA ILK HAZIR KOD SAYTI
- Aynurkanin bloguna xos gelmisiniz!!!
- Siyasi mücrü ....Açılır artıq
- Yeni sayt hazirdi www.aznax.tk yazin ve daxil olun
- Sevgi dolu anlar !
- mehsetimusa



Seni yaxsi basa dusurem Vuqar. Men de sevdim, sevdiyimi deye bilmedim. Amma qiz bilirdi onu sevdiyimi, amma mene uz vermedi, ne salam , ne sag ol.Ne he, ne yox. Ne derd, ne çor. Hec ne