-
baxış187
"P" Xidməti
Yazar: Vuq@r Tarix: Sentyabr 8, 2008 23:40
Bu şəkilə diqqətlə baxın …......Baxdınız ? Nə düşündünüz ? deyim də sizə nə düşündünüz.Bəziləri düşündü ki şəkildi də .Burda düşünməli nə var ki ..Bəzilərinin də üzündə gülümsəmə oyandı ...Mən üzü gülümsəyənlərə səslənirəm....
Bu şəkildə gördüyünüz böyük bir problemdi ...Ən böyük problemlərdən biridir..Nədir bu problem ... Savadsızlıq ? Yox bu savadsızlıq deyil ..Bu işə baxan insanalarımız kifəyət qədər savadlıdır.Bəlkə də savadsızlıqdır ..Aydınlaşdıracağıq.
Bu milləti ələ salmaqdır...? Yox bu o da deyil .Milləti başqa şeynən ələ salmaq olar ..Bəs bu nədir ? Ana dilimizə verilən hörmətdir deyəsən ..Yox o da deyil.Heç oxşamır .Deyim sizə bu nədir .Bu dilimizin kasadlığına nümunədir .....Yox bu ola bilməz .Axı bizim dilimiz zəngindir .Hər kəs dilimizin zəngin olduğunu deyir ..Hətta ingilis Con da bunu təsdiqləyir ...Misyo Jordan da həmçinin Axundova demişdi dilimizin zənginliyini , o da öz əsərində yazmışdı.Deməli kasadlıqdan deyil ...
Bəs bu nə ola bilər ? “P” xidməti......Ola bilsin yeni xidmət sahəsidir ..Deyəsən kimdə P hərfinə simpatiya var o maraqlanır ....Deyirəm bəlkə böyük P hərfi ilə xidməti sözü lövhəyə güclə yerləşib deyə P-nın nə olduğunu yazmayıblar ....Ola bilər ...Olkədə dəmir lövhə problemidir.
Nəyəsə bu P nədirsə həm qəliz şeydir həm də vacib ...Onu bilirəm ki bu nədirsə axır ki bizim millətə lazım olan şeydir...Yoxsa boşu boşuna lövhəyə niyə yazsınlar ki ...
Özü də nədənsə bu P xidmətində maşınlar üçündür ...Maraqlıdır .....Axı bu P xidmətindən xaricdə niyə yoxdu ...? Bu yaxınlarda öyrəndim ki sən demə xaricə də bu “P xidməti” ndən aparmışıq ...Artıq xaricdə “Parking Service” sözü yerinə “P xidməti” yazırlar.Əhsən bizimkilərə.
Yəqin ki anladınız söhbət nədən gedir ...Söhbət bizim dilin kasadlığından mı , bizim dilşunasların məsuliyyətsizliyindən mi , yoxsa bizim xalqın hər çalınan havaya oynamasından mı ...Mən ayır edə bilmədim ...
Axı nəyə görə xaricdən gəlmə sözü özümüzləşdirib millətin psixologiyasına soxmalıyıq ki bundan sonra “Parking Service” “Parking xidməti” olacaq ....İndi anladıq ki sən demə o böyük P parking sözünün baş hərfidir .Bunu anladıq .Bəs bu xidmət nədir ...Bəzəyimizdir..Bəzəksiz şey olar ....Xeyir bu bəzək deyil ...Bu rəsmən milləti ələ salmaqdır ..Ya bunu P yaz ...Çünki bu dəqiqədə Avropada P hərfi görəndə parking ağla gəlir ...Bu ora üçün normaldır ...Əslində bura üçün də normaldır ...Ama ki bunu yazanda ya yaz ki dayancaq xidməti ya da parking service ..İkisindən biri olsun.Dayanacaq xidməti dedik yorulduq...Ya da bilək ki parking service sözü tərcümə edilə bilməz ...Beynəlxalq sözdür ..Ya da azərbaycanlaşdırmaq fikrindəsənsə dayanacaq xidməti yaz vəssalam ..Nəysə mən bunu dilimizə olan əziyyət kimi baxıram ...
Başqa bir şey...Niyə Avropaya can atırıq heeeeyyyyyy....Bəlkə də biz başımızı işlətsəydik onun alternativini özümüzə uyğun şəkildə tapardıq ...Daha avropalı qardaşlarıza niyə ehtiyac duyaq ki...Əksər avropa sözlərinin alternativi var Azərbaycan Dilinə ...Sadəcə ya biz məsuliyyətsizik ya da bu bizə lazım deyil ...Ama bir gün dilimizi əlimizdən alsalar.......Belə getsə o günü də görəcəyik ...Allah göstərməsin demirəm ..Çünki Allah tənbəlləri sevmir
Allah bizlərə yar olsun ...
Şərhlər(17)
Maraqsız düşüncələr
-
vuska Sentyabr 9, 2008 10:38
-
Vuq@r Sentyabr 9, 2008 10:58
2Salam Vuka ...Oxuduguna sevindim.
Heee....P herfinde mende gormusdum ..Ama bir defe bunu gorende artiq ferqli bir sey hiss etdim ve .......
Bir daha tesekkur Vusale
-
Turalfot Sentyabr 9, 2008 11:30
3Vuqar, ela yazidi. Amma onu deyim ki, parking yeni yaranan sozdu ve bele sozler yarandigi formada diger dillere kecir. Service ise qedim sozdu ve tercume olunur,halbuki bezen servis kimi de islenir. Mence P herfi uzaqdan dayanacaq sozunden daha aydin seciler ve mence artiq bu yol hereketi nisani kimi qebul edilib. Bir deki dil meselesi menim en yarali yerimdi. Dilimiz kasad deyil, sadece bizim mutaliemiz azdi ve oz sozlerimizi isletmeye tenbellik eliyirik.
=========
Bi de ki mene banner duzeltmisen, hele indi gorurem, cox sag ol, sadece adi ferqli olub yeqin onuncun gozume satasmiyib. Cox sag ol
-
Vuq@r Sentyabr 9, 2008 12:48
4orasi eledir Tural ...Ama men neyse qebul ede bilmirem ...Men elehine deyilem P herfinin ...Sadece "P" xidmeti meni mecbur etdi ...
Fikrini bildirdiyin ucun sene tesekkur edirem Tural
-
Ruzigarim Sentyabr 9, 2008 13:32
5Hirslənmə. Mən elə bildim Patrul xidmətidir, yuxarıdaki kameraya işarə edir, YPX-nın kamerasıdır))
Amma doğurdan hər şey istifadəyə asan formada olmalıdır. Bu camaat hardan bilsin P-xidməti nədir.
-
Vuq@r Sentyabr 9, 2008 14:06
6He Ruzigarim .....
-
Həsənəlizadə Ramin Sentyabr 9, 2008 15:42
7Salam Vüqar!
Yazını oxudum, məncə uğurlu alınıb, təbrik edirəm!
Bunula bağlı öz fikirlərimi də bildirim. “P” yol hərəkəti nişanıdır, Turalfot düz deyir. Bu nişan hər yerdə istifadə olunur və hər yerdə eyni şeyi — maşın saxlamaq üçün sahəni, meydançanı bildirir. Bu tanınan və birmənalı nişana “Xidməti” sözünün əlavə olunması nişanın mənasını dəyişdi pozdu və nişanı oxunulmaz etdi. Halbuki, nişanı “Xidməti” sözü ilə təkmilləşdirən şəxs yəqin düşünürdü ki, belə nişan daha da aydın olacaq ... ya da heç düşünmədən, “Parking Service” ifadəsini hərfi mənada tərcümə etməyə çalışıb, tam tərcümə edə bilməyib, qərara gəlib ki, “yaxşı qoy “Parking” sözü nişandakı kimi “P” qalsın, “Service” əvəzinə isə “Xidməti” yazım getsin ...” və nəticədə nə alınıbsa göz qabağındadır — bu Patrul xidmətidirmi, Poçt xidmətidirmi başa düşmək olmur ... Bu onu göstərir ki, düşünmədən heç nə eləmək olmaz, adi bir şeyi fikirləşmədən dəyişəndə onun mənası itir ...
O ki, qaldı dil məsələsinə, hər şey özümüzdən asılıdır. Əgər dil itirsə, öz sözlərimiz xarici sözlərlə əvəz olunursa, bunda günahkar biz özümüzük ilk növbədə — başqa heç kim yox, çünki bu dildə biz danışırıq. Dilimizi qorumaq hər birimizin borcudur — bunu hamımız bilirik. Amma dili qorumaq üçün, gərək dili biləsən ki, onu qoruya biləsən. Buna görə, belə demək daha məqsədə uyğun olardı — dilimizi qorumaq üçün onu mükəmməl bilmək hər birimizin borcudur!
-
Vuq@r Sentyabr 9, 2008 18:10
8Salam Ramin...Duz vurguladin ..Xidmeti sozu bu nisanin menasini bu seviyye catdirdi ...Men eslinde P herfine qarsi deyilem ...Isaredir ..Dunyanin her yerinde eynidir ...Ama bu "xidmeti" isleri korladi ....
Oxudugun ve deyerli firlerini bizimle paylasdigin ucun cox sag ol Ramin
-
asif eminov Sentyabr 10, 2008 2:02
9Hele bu yaxshidir. Az-cox anladiq ki, parking servisdir. Bundan ele bugun tarix muzeyinin qabaginda gordum. Bir az da getdim qabagi. Tarix muzeyinin qapisinin agzinda ne gorsem yaxhisdir? "P музей". Bes bu ne demekdir yaxshi?
-
asif eminov Sentyabr 10, 2008 2:05
10Vug@r, bu stilde yazi sehifesinde smayllarin kodlarindaki <ul></ul>, ve <li></li> operatorlarini sil. onda bu duzbucaqli pencereler itecek.
Ve daha gozel gorsenecek.
-
Mehin Sentyabr 10, 2008 10:17
11Bu dilimizin kasadlığı deyil.
Dilimizi bilməyənlərin, avropaya can atarkən, avropalıya bənzəməyə çalışan, özünü də, doğma və milli keyfiyyətlərini də itirənlərin kasadlığının göstəricisidir....
-
Vuq@r Sentyabr 10, 2008 11:54
12Sizinle de raziyam Mehin xanim ....Burda cox sebebler vardir ..
-
Vuq@r Sentyabr 10, 2008 11:56
13Salam Asif..."P музей" her halda onlarin dusuncelerine gore muzeyin parking servisidir ...
Maraqli fikirlerine gore cox sag ol Asif
-
Kami Sentyabr 10, 2008 12:27
14Maraqlı yazmısan düznü desəm mən baxanda elə bildimki, Yaxınlıqda polis şöbəsi var diyə belə qoyublar ama artıq bilirəm bu nə deməkdir.
Çox sağol yeri var.
-
Şəbnəm Sentyabr 11, 2008 19:23
15Sağol ay Vüqar, yaxşı yazmısan. Allah göstərməsin de, mən də sənə qoşulum. Qoşulum ki, bəzi tənbəllərin badına dilimiz batmasın.
-
Vuq@r Sentyabr 12, 2008 18:48
16Salam Kami ...Ilk novbede vaxtini serf edib blogumu ziyaret etdiyin ucun seen tesekkur edirem ...
Beyendiyine sevindim Kami
--------------------------------------------------------
Salam Şəbnəm bacı ...Allah gostərməsin
.Şəbi mən ona görə Allah göstərsin deyirəm ki bizi tənbəlləşdirən elə budur .Allah taala buyurub ki səndən hərəkət məndən bərəkət ...Ama is orasindadir ki hərəkət edb Allah göstərməsin demək Allaha da xos gedər bəndəsin də ...
...Dilimiz qorumaq hər kəsin borcudur
-
Melhem_OzTurK Noyabr 3, 2008 16:15
17Hec olmasa PX eliyerdiler de ehhh hara gedirik biz bu minvallah bir Allah(c.c) bilir.

- Ağlayan da insan ağladan da insan!
- Belə baxanda...
- Islam, Haqq Din
- UNUDULANLAR
- WWW.ICELL.TK
- Mürəkkəb dolu qələm
- WwW.ZorR.Tk-burada her sey zorrdu.
- businessway.tk
- Ruzigarım
- cızma-qaralar...
- OAZİS (vahə)
- təkrar biliyin anasıdır
- Qalereya
- hər şey haqqında
- Qubadli
- IT sevərlər üçün hər şey!
- AZƏRBAYCANDA ILK HAZIR KOD SAYTI
- Aynurkanin bloguna xos gelmisiniz!!!
- Siyasi mücrü ....Açılır artıq
- Yeni sayt hazirdi www.aznax.tk yazin ve daxil olun
- Sevgi dolu anlar !
- mehsetimusa



eeeeeeeeeeeee eeeeeeeeeeh ay vuqar. vallah ne deyim her sheyi duz qeyd elemisen. men soz tapmiram. ama shekide men gormushem sadece p herfi. xidmeti sozune rast gelmemishem. ya demir lovhe qitligindan ya da...
neyse saytima baxdigin uchun sene teshekkurumu bildirirem