-
baxış149
Müəllim istəsə stul ayağı , işinə yarayar xətkeş sayağı
Yazar: Vuq@r Tarix: Sentyabr 13, 2008 16:30
Zaman keçir .Bizlər gəncləşırık .Cavanlar yaşlaşırlar.Hər kəsin xəyalında dəyişməyən bir şey qalır ...Məktəb illəri.Həqiqətən əvəzsiz illərdir ...İnsana 11 il bir dəfə verilir .İlk dəfə yazmağı öyrənirsən..Belə deyək..Həyatın və elmin ilk əlifbasın vərəqləməyə başlayırsan.Gözəl duyğulardır..
Burdakı yazını yazmağıma və sizin bunu oxumağınıza müəllimlərə borcluyuq..Əbəs yerə müəllim ikinci valideyn adlandırılmayıb...Müəllimi insan adlı canlının günəşi adlandırardım...Ama mən başqa bir problemə toxunmaq istərdim...Düzdür belə gözəl sözlərdən sonra movzuya keçmək ürək açıcı olmasa da mən bunu demək məcburiyyətindəyəm ...
Hər kəsin müəllimi olub ..Sevdiyimiz də olub sevmədiyimiz də....Nəticədə onlar bizləri öyrədiblər...Yaxşı ya da pis ...Nəticədə onlar bu müqəddəs adın daşıyıcılarıdır..
Movzuma sualla başlayıram –İndiki dövrümüzdə həqiqi müəllim adını daşıyan,sözün yaxşı mənasında “stul ayağını” xətkeş kimi istifadə edən müəllimlərimiz varmı ?
Bildiyiniz kimi sentybr ayı təhsil ayı,məktəb və universitetlərin açılması ilə yadda qalır .İsti yay günlərindən sonra yeni bir canlanma yaşanılır təhsil ocaqlarımızda...Vəəəəəəəəəə....Təhsil ayının gəlməsiylə özüylə problemləri də gətirir ...Bina problemi,vəsait problemi..Yox bunlar əsas deyil.Bunları problem saymıram....Cünki kifayət qədər islahatlar da gedir.Vəsaitlərimiz də var.Az da olsa var .Yetinəcək qədər var .Amma bunlardan da vacıb problemimiz var ....yüksək keyfiyyətli təhsil problemi.Bilirəm indi çoxunuz nə düşünürsünüz .....yüksək səviyyəli şəraitdə yüksək səviyyəli təhsil .Yüksək səviyyəli təhsil üçün imkanlarımız çox azdır deyə düşünür bəziləriniz .Xeyir..... problem bu deyil .Yuxarıda verdiyim sualı xatırlayırsınız mı ?. Düşünün bir anlıq ...Həqiqətən elə müəllimlər varmı indi ? Mən də düşündüm...Məncə var ...Ama çox azdır .belə gərgin şəraitdə vəsait tapmayıb stul ayağını xətkeş kimi istifadə edən riyaziyyat müəllimlərimiz az olmayıb ....Söhbət fədakar müəllim modelindən gedir..Deyəsən problemin tam həlli bunda deyil..Məni düşündürən səbəb də odur ki bu gün təhsilimizin aşağı səviyyədə olmasında kimlər günahkardır ? Fədakar müəllimlərin az olması yoxsa şagird və tələbələr..Yoxsa sizin başqa fikirleriniz var? O zaman şərh yazın aydınlaşdıraq.
Zaman yenə gedir ...Bizlər yenə gəncləşirik .Cavanlar yenə də yaşlaşır...Amma dəyişməyən bircə şey var -Azərbaycan təhsilində rüşvət problemi ..Çox yazılıb bu barədə.Bircə kitab çixmayıb .İnşallah o da çıxar .Əsas universitetləri ön plana çəkəcəm ...Çünki bu hal daha kritik vəziyyətdir universitetlərimizdə ...Bütün tələbələr kimi yox ...Bəzi tələbələr kimi mən də bir dəfə özümə sual verdim...Niyə universitet müəllimləri rüşvət alır ? Cavabı da elə özümdən eşitdim.İlk ağlıma gələn şey də məvaciblərin az olması oldu ....Düzünü desəm dövlət universitetlərində işləyən müəllimlərin maaşlarından məlumatım yoxdur ...Ama tanışlardan eşitdiyimə görə məvacib az alırlar və bu da onları qane etmir ...Başa düşürəm ki onlar da insandır və onlar da ailə saxlayırlar ...Ama vaxt olub az maaşla stul ayağını xətkeş kimi istifadə edən müəllimlərimiz də olub ...özü də çox olub .Problem odur ki məktəblərimizdə pis müəllim modelinin yaranmasıdır. Artıq universitetlərdə qiymətlər fond birjalarındakı kimi satılır ...Artıq hər “qiymətin” öz “qiyməti” var .Əvvəllər bu hal azlıq təşkil edirdisə bu gün artıq normal hala çevrilib...Sovet dövründə qiyməti qazanırdılarsa , indiki dövrdə sözün həqiqi mənasında qiyməti alırlar ...Artıq pulla qiymət almayan tələbəyə də pis baxırlar ..Bu modelin nəyi pisdir .Pulnan əziyyətsiz qiymət alırsan ...Yadıma bir söz düşdü-Ancaq Azərbaycan tələbə pul verir ki oxumasın.
Ama bu sonu olmayan yoldur.Ancaq bizdə boş baş olmaq üçün pul verirlər.Bunun tələbə üçün iqtisadi çətinliklər yaratdığı qədər , mənəvi çətinlikləri də var ...Ən acınacaqlı tərəfi də mənəvi tərəfidir...Maddı tərəfdən çətinliyi düzəltmək olur ...Canımızdan artlıq deyil ki deyə düşünənlərimiz maşallah kifayət qədərdir ...verək təki uşağımızın kəsiri olmasın deyənlərimiz də...valideynləri də qınamalı deyil.Neynəsin axı...Müəllimlər tələb edir tələbədən .O da məcburdur ki versin .əslində tələbə sözü də burdan əmələ gəlib .Tələbə-pul tələb edilən insanlardır.Artıq hər şey dəyişib.. Əvvəllər mədəsi daşdan yumşaq hər şeyi həzm edən ziyalı qrupuna tələbə deyilirdisə ,indi mədəsi dönərdən başqa heç bir şeyi götürməyən , pulla qiymət alan təbəqəyə deyirlər...
Bu məqamda tələbədə də günah görmək olmur..Günah rüşvəti bəxşışə çevirən müəllimlərdədir .Pul ver qiymet al və oxu.Tələbə neynəsin ....Bu da tələbənin özü də bilmədən 4 ildən universitetə yalnız vaxt öldürməyə gedib gələn bir insana çevirir.Hələ bu zurnanın səsi sonra çixacaq.Sabah həmin bu tələbələrin övladlarına özləri kimi müəllimlər dərs deyəndə nə olacaq ? Bu artıq qırılmış zəncirdir.
İndiki baza heç olmasa Sovetin bazasıdır qalıb .Sabah bunlar olmayanda nə olacaq ? Və ölkənin inkişafı deyirik ağız dolusuyla ...heç inanmağım gəlmir .Bəzən içərimizdən ağız dolusuyla müharibə şəraitindən çixmış dövlətik deyənlər də tapılır təhsildə rüşvət problemi gələndə ...Çox təəccüblüdür .Axı biz bu savadsızlarla necə qalıb gələk düşmənə .Elmdə düşməni üstələmək elə ona qalib gəlmək kimi bir şeydir.Onsuz müharibə yoluyla heç bir şey həll olunmayacaq ...Dünya da ağız dolusuyla sülhdən danışır ... Nə müharibə ? hansı müharibə ?
Belə getsə “savadımız” kağız üstə ,arzularımız “ürək” içində qalacaq .Əsas savadımız baş içində qalsın bu yetər..Bəlkə başlar boş olub cibimiz dolu olsa yaxşıdır.Savadlı kadrları neynirik.Bu məsələr deyilməklə düzələn deyil .Çünki dediklərimiz kağız üstə qalır..Deyəsən iş görmək lazımdır.
Şərhlər(12)
Maraqsız düşüncələr
-
Ruzigarim Sentyabr 13, 2008 22:02
-
Turalfot Sentyabr 14, 2008 0:25
2Vuqar, ela yaziya gore tesekkur. Bilirsen, bu movzuya serh yazmaq cetin meseledi,gerk post yazasan. Bu baza meselesine toxunmaq istiyirem. Sovetin bazasi az-cox var, yaxsi-pis. QOca- cavan. Amma inan mene gelecekde bundan da yaxsi mellimlerimiz olacaq. Bugunumuzde mesuliyyetini derk eden gencler NISBETEN artib ve savadli gencler artir. Amma teessuf ki, stul ayagindan xetkes kimi istifade eden mellimlere bezi sagirdler gulurler. Savadlilarimiz artdiqca seviyyesiz genclik de artir,gununu cayxanada, torqovida, papa masininda, mekteb dalinda, bina tininde keciren cavanlar da atir. Gelin dusunek ki, her sey yaxsiliga dogru. Biz variqsa dovletin geleceyi de var ve biz duzelderik insallah. Bele meselede bir az nikbin olmaq terefindeyem
-
Vuq@r Sentyabr 14, 2008 10:25
3Ruzigarim get baş çək ...
Düz edirsən
Mənim də elə bir müəllimi var idi .
-
Vuq@r Sentyabr 14, 2008 10:27
4Tural həqiqətən də elədir ...İnsallah gələcək savadlı gənclərindir ...Ümid edək ...
-
vuska Sentyabr 14, 2008 18:44
5vuqar her sheyi duz qeyd elemisen. ele men de bezi sheyleri nezere alib qiyabi oxuyub, ishde tecrube toplamaga, oxudugum ixtisasi ishimde oyrenmeye qerar verdim. ve bele hech de narazi deyilem. belke de hemin ixtisas uzre menimle eyni yashdaki telebelerden dersde olmadigima gore hech de az bilmirem. ama yene de umidim yaxshiliga dogrudur. umid edirem ki gelecekde her shey qaydasina dusher ve stul ayagindan yox esl levazimatlardan istifade eden savadli muellimlerimiz olacaq. yaziya gore chox sag ol.
-
Mehin Sentyabr 15, 2008 16:16
6Maaşın az olması əsas səbəb deyil axı.
İndi müəllimlər də, onlardan nəsə öyrənən şagirdlər və tələbələr də dəyişib. Yaxşı mənada yox, hamıda bir mənəvi aşınma büş verir. Ya da cəmiyyətdəki reallıq buna vadar edir.
-
Şəbnəm Sentyabr 16, 2008 20:15
7Mehinə qatılıram. Hamı birdən dəyişilib. Bu rüşvətə səbəb kim olub? İlk öncə kimsə müəllimin cibinə balası üçün sakitcə pul basıb, bu da yavaş-yavaş böyüyüb olub bu boyda rüşvət. Bilirsiniz arada mən də düşünürəm ki, bəlkə də gələcəkdə düzələcək. Çünki, indi rüşvətdən də, oxumayanlardan da savayı, oxuyanlarımızda var. Düzdür çox deyil, amma, var. Bəlkə onlar nəyisə dəyişərlər, belə saxlamazlar. Amma düşünən də ki, indi tək təhsil rüşvətlə deyil, hər şey rüşvətlədir, onda optimistliyim yenik düşür. Bəzi oxuyanlarımızın çoxu kasıb təbəqədir. Onlar zar-zor, pullu ya da pulsuz, çalışıb oxuyurlar. Bitirdikdən sonra, təhsilləri üzrə iş tapa bilmirlər. Səbəb: rüşvət. Yəni pul verməlisən. O da gedir, alverlə məşğul olur. O oxumayanlar isə, sən demişkən, avarə gəzib, pulla diplom alır, sonra yenə də pulla və bisavad-bisavad işə düzəlir. Ən pisi də odur məsuliyyət daha çox tələb olunan işlərə (müəllimlik, həkimlik kimi). İndi otur, həyatıvı tapşır bu bisavadlara. Burda yazıq optimizm ölsün, ölməsin? Yenə də ümid edək ki, vaxt olacaq, (biz o vaxtı görməsək də) bunlar da düzələcək. Təki düzəlsin. Ona görə də hərtərəfli dəyişilmək, dəyişmək lazımdır. Rüşvətlə mübrizə aparmaq lazımdır. Oxumaq lazımdır. Kiminsə nə vaxt nəyisə düzəldəcəyini gözləməkdənsə özün bunun üçün çalışmalısan. Nə qədər çətin də olsa..
Təki həqiqi, məsuliyyətli müəllimlərimiz olsun, ciblərinə atamızın gecə-gündüz əziyyət çəkib işlədiyi pulu basıb, arxalarıyca nə gəldi deməkdənsə, qabaqlarında hörmətlə baş əyək.
Maraqlı mövzuya toxunmusan. Elə neçə vaxtdır düşünürdüm ki, mən də bu barədə yazacağam. Qabaqladın ay qardaş.
Uğurlar sənə!
-
Şəbnəm Sentyabr 16, 2008 20:16
8Vüqar səni oyuna dəvə edirəm. Bu ünvana daxil ol və bax: http://shebnem.azeriblog.com/2008/09/16/sira-mende-ushaqliq-sirlerim
Ümid edirəm ki, qəbul edərsən.
-
Şəbnəm Sentyabr 17, 2008 19:34
9Bəli Vüqar, öz bloqunda yazacaqsan və sonda da 4 istifadəçi dəvət edə bilərsən. Mən yazımda link vermişəm, istəyirsən Fərhadın bloquna keç qaydaları ordan oxu.
-
Vuq@r Sentyabr 17, 2008 23:46
10Salam Vuska ...Blogumu ziyaret etdiyin ucun sene tesekkur edirem ...Raziyam
-
Vuq@r Sentyabr 17, 2008 23:58
11Salam Mehin Xanim ...oz deyerli fikirlerinizi bizimle paylasdiginiz ucun size tesekkur edirem ...
men sizinle razilasmiram ki - herkes deyisib ....xeyir .Sadece bir hadisenin yaranmasi ucun diger basqa bir hadise zemin yaradir ...Bes ne ce olur ki men 4 ildir oxuyuram , kopuk de rusvet vermemisem ...Semimi deyirem rusveti nece verirler bilmirem ...Cunki onu menden isteyen olmayib, ne de onun adi cekilib ...men de hemin Azerbaycan cemiyyetinde yasyiram daaaa...bes men niye deyismemisem ..Cunki menim o hereketi etmeye vadar eden zemin yoxdur ..Isteyn olsaydi men de vererdim ...Cunki -gucluye qrsi guc isletmek olmur ...yoxsa olanini da ititrersen ....Gucun catdgi zaman guclunun qarsisina cixmaq lazimdir ....Zeif hec vaxt rusvet vermez ...Guclu onu mecbur etmeyince o rusvet vermez ...oz xosu ile ...Buda dovlet ve insan munasibetlerinden gedir ..Hersey burdan baslanir ..Dovlet idareciliyini oxudugum ucun bele sebeblerin hardan qaynaqlandigini yaxsi bilirem ...
-
Vuq@r Sentyabr 18, 2008 0:19
12Sebnem men de inaniram ki bu problem gelecekde duzelcek ...
Maraqli fikirlerin var idi Sebnem
Gelin bele deyek ...-Calisaq vicdanimiz ve meneviyyatimiz duzelsin .Sizildasin bir az vicdanlar ki bu gune yox sabahi dusunub hereket etsin ...

- Ağlayan da insan ağladan da insan!
- Belə baxanda...
- Islam, Haqq Din
- UNUDULANLAR
- WWW.ICELL.TK
- Mürəkkəb dolu qələm
- WwW.ZorR.Tk-burada her sey zorrdu.
- businessway.tk
- Ruzigarım
- cızma-qaralar...
- OAZİS (vahə)
- təkrar biliyin anasıdır
- Qalereya
- hər şey haqqında
- Qubadli
- IT sevərlər üçün hər şey!
- AZƏRBAYCANDA ILK HAZIR KOD SAYTI
- Aynurkanin bloguna xos gelmisiniz!!!
- Siyasi mücrü ....Açılır artıq
- Yeni sayt hazirdi www.aznax.tk yazin ve daxil olun
- Sevgi dolu anlar !
- mehsetimusa



Vuqar, nə yaxsi ki, bu məqaləni yazdın. Mənim də bir stul ayağından xətkeş düzəldən müəlliməm var idi. İşimə yaxındır, gərək dərs açılanda gedim onu yad eləyim. Onu o zaman heç kəs qiymətləndirmirdi
Bilirsən, Vüqar, səbəb odur ki, insanlar pis olublar