Reklam verin!
Yuma Ailə Jurnalı

 

    Admistrasiya
E-mail: vuqar-qafqaz@hotmail.com

Sorğu

  • Məlumatlar məncə......





Sayqac

    • Online now: 2
    • Keçən ayın reytinqi: 6353
    • Dünənki reytinq: 188
    • Bugünki reytinq: 199
    • Umumi gəlib gedənlər: 36104

Müxtəlif

  • baxış
    216

    Sıra məndə -Uşaqlıq sirrlərim

    Yazar: Vuq@r Tarix: Sentyabr 19, 2008 20:42

    “Sıra məndə-Uşaqlıq sirrlərim” adlı yarışmada Mürəkkəb Dolu Qələm adlı blogun admını Səbnəm bacım topu mənə atdı …özümü bu yarışmada görməyə şad oldum .. 

     

       Uşaqlığım o qədər də parlaq olmayıb …Çox maraqcıl olduğum üçün coxlu suallar verirdim …
        Qətiyyətli və inadcı birisiydim….hələ bir dəfə də 2 yaşım olanda kiçik yumruğumla atamın gözünə də vurmuşdum …Çünki atam mənim bunu etmək üçün ürəkli olmadığımı iddia edirdi …O da bir hefte gözünə pambıqla çay dəmi qoymaqla keçirdi…
    Mənə heç vaxt qırmızı rəngli paltar geyindirə bilmədilər …Çünki kişi qırmızı geyinməz deyə düşünürdüm ….Hətta kiçik toyumda belə yupka geyinmədim ki , kişiyəm …Olərəm ama yupka geyinmərəm ….Ayaqlarımı uzadıb oturanda atam deyərdi ki elə ermənilər oturur…Ayarlarını dinimizin qaydaları şəklində qoymağı öyrətdi mənə…Dini xadimlər kimi oturmağı ..Mən də ermənilərə nifrət etdiyim üçün ayaqlarımı uzadıb otumağı o gün bu gün tərgitdim …
        Uşaq olanda məni güclə yedizdirirdilər ….Norma qoyurdular ki bunu yeməlisən …Çünki norma olmasaydı mən ümumiyyətlə çörək yeməzdim …Mən də anam gedəndən sonra çörəyi gizlədirdim ki guya yedim …Və nəhayət bir dəfə yastığımın altından bir kulok kiflənmiş çörək çıxdı … Yeni yol arayışına çıxdım …O gün bu gün həmişə yenilik axtarmağı öyrəndim ..
      Bir az böyüyəndən sonra isə yeməyimi çatdıra bilmədilər …Bu dəfə mənim şişib yekə bir şeyə dönəcəyimdən ehtiyat edib rejimi öyrətdilər …3 il əsgəri rejimlə böyüdüm ..Komandanım da atam oldu.Çünki o yüzbaşı olmuşdu əsgərlikdə …Bacım olmadığından əsgər kimi yerimi də özüm yığmalıydım ….bu rejim mənə əsl kişilik dərsi keçdi …Əmrlər muzakirə olunmamağa başlandı.İndinin günüdə də özüm ütüləmədiyim paltarı geyinə bilmirəm ..Gərək bir dəfə də öz əlim dəysin.Artıq qaydalar da dəyişdi …yemək yemək istəməyənin başı da yeməyin içinə girməliydi …Bir dəfə anama cavab qaytardığıma görə yeməyi qarnıma yox , sifətimə yedim…

    Kitab oxumağı çox sevirdim ...Ən çox da bədii kitabları ...tərslikdən ilk oxuduğum kitab isə Min Bir Gecə Nağılları olub .10 yaşım var idi . heç cür oxuya bilmirdim anamın əlindən ..Qoymurdu ...Mən isə onu dərs kitabımın arasında oxuyurdum .Cünki mən nağılların xüsusi yerlərini oxuyurdum.."Baskervillərin iti " -ni oxuyandan sonra 1 həftə yata bilmirdim ...Gecələr danışırdım..İndi də danışıram ..

       Mən tək böyümədim .Ekiz qardaşım da var ....Çox vaxt sözümüz düz gəlmirdi ..Ama biz eyni mühitdə böyüsək də hər şeyimiz 360 dərəcə fərqlidir …Düşüncələrimiz , xasiyyətimiz .Üzdən isə heç oxşamadıq ….

       Bir dəfə uşaq ikən vicdanımın yol vermədiyi nəyinsə üstündə qardaşımın başına 100 metrdən sərrast daş zərbəsi endirdim …O vaxtdan sərrast bir atıcı ola biləcəyimi kəşf etdim .Bununla da ədalət bərpa olundu və mən də yeni bir tərəfimi kəşf etmiş oldum .
    Məktəbə qədər 3 əlifba kitabı çırmışdım …Düşünürdüm ki kitab oxumaq üçün deyil ..Cırmaq üçündür.Müəllimlərin yemək yemədiyini düşünürdüm …Hələ bir dəfə də soruşmuşdum ki -əziz müəllimim siz yemək yeyirsiniz ? o isə cavabında müəllimlərin kitablarla qıdalandığını dedi …Ailəmizdə müəllim olduğu halda mən müəllimlərin kitabla qıdalandığına uzun müddət inandım …Çünki anamı müəllim kimi yox ..Ana kimi sevmişdım .
       Ilk dəfə 5 yaşımda bir qızdan xoşum gəldi …İlk dəfə o zaman məndə 3-cü bir hissin əmələ gəldiyini hiss etdim…Vətənə sevgi ,Anaya sevgi ,bir də qıza sevgi ..təbii o vaxtı sevgi deyildi ...Uzağı simpatiya olardı …Ama mən hər dəfə onun bağçadan gəlməsini gözləyib , o gəlməmiş sakit ola bilmirdim ..Onun yanında xoşbəxt idim…ilk sevgi xoşbəxtliyin o zaman hiss etdim .


       Hə bir də yadımdan çıxmamış…balaca olanda babamın başına daş kömür vurdum …o zaman zərbəm sərrast idi ..Ama hədəfi dəf edə bilmədi ….Sınaq məqdəsi güdürdü…babam isə məni vurmadı …Cünki mən nəvələrin içində ən sevimli yeganə nəvə idim …


    Zarafat dolu həqiqətləri yazdım ….yarı zarafat yarı ciddi uşaqlığımı kağızda xatirələşdirdim ..

     Topu blogçularımız  Aynur Əliyevaya  və Vusalə Mustafayevaya atıram

     

    Ugurlar dostlar 

     

    Şərhlər(19) Maraqsız düşüncələr

     

  1. asif eminov

    1
     

    Vug@r, maraqli ushaqligin var. Cox xoshuma geldi. smile Amma herden nese pessimist cumleler gordum yazida.

  1. Vuq@r

    2
     

    Tesekkur Asif ... grin ...Pessimist cumleler ...Olan seydir ... sad

    Kisinin basina is geler grin

  1. Ruzigarim

    3
     

    Menim şekil xoşuma gəldi. Çox təbii yazmısan.

  1. asif eminov

    4
     

    He, ish geler. Mende pessimizme qatiliram hemishe... wink

  1. Vuq@r

    5
     

    smile ...

  1. Turalfot

    6
     

    Ela idi, hem de maraqli. yaxsica gulduk. atani yaman cezalandirmisanaaa oz aramiz wink

  1. Vuq@r

    7
     

    Tesekkur Tural ... grin

    Heeee...Atam bunu hele de deyir mene wink

  1. Mehin

    8
     

    Salam Vüqar.
    Bağçadakı qızı başından necə çıxardın? …“vicdanımın yol vermədiyi nəyinsə üstündə” qardaşının başını yardın, bəs babanın başını niyə nişan aldın?

  1. Şəbnəm

    9
     

    Sən də Mehin kimi olmusan ki lap. Dərsliyin arasına başqa bir kitab qoyub, oxumağı nəzərdə tuturam.

    "Və nəhayət bir dəfə yastığımın altından bir kulok kiflənmiş çörək çıxdı …"

    Nəyə görəsə uşaqlar hər şeyi yastıq altında gizlətməyi çox sevirlər. Yadıma düşdü, xalam qızları (onlar da ekizdilər) uşaq vaxtı yatmamışdan qabaq hər gecə bir ovuc qənd oğurlayar və yuxulayana qədər xarta-xart yeyərdilər. Yuxulayanda isə qəndin yarısı qalardı yastıqlarının altında. Xalam da hər səhər bu qəndləri görüb, acıqlanardı.

    "Bir dəfə anama cavab qaytardığıma görə yeməyi qarnıma yox , sifətimə yedim…" ---Vüqar buna çox güldüm lol.

    Yadımdadır, mənim anamgildə həmişə deyərdilər ki, - "biz elə bilərdik ki, müəllim yemək yemir, çay içmir, yatmır"...
    Sən indi balaca uşaqlara bunu desən, adama o qədər gülər ki, çoxbilmişliyindən grin

    Ruzigarıma qatılıram. Şəkli mən də çox bəyəndim.
    Bizimlə bölüşdüyün üçün çox sağ ol! smile

  1. leyla

    10
     

    lol
    Vuqar sen lap her seyi dagidib token idin ki!))

  1. vuska

    11
     

    salam vuqar bey. necesen? ne gozel meqale!!!! heqiqeten beyendim. men de ozum haqda bele yazmaq isterdim. ama teessuf sad mende bele de chox shey....inan ki hele hech kim menim heyatimin arxa perdesini ne gormeyib, ne de danishmamisham. belke de cesaretim olmayib. ele de boyuk sheyler yashamasam da, ama yashidlarimdan chox agir sheyler gormushem ve yashamisham. men yashamagi seven biriyem. ona gore de agir sheyler yashamagim mene chox sheyler oyredib. chetin de olsa heyatdan 4 elle tuturam. her bir sheye pozitiv baxiram. en pis anda bele yaxshi sheyler dushunurem.gunde yeni bir shey oyrenmesem olerem yeqin smile smile ne bilim heyatdi da.... senin meqaleni chox beyendim. senden bir shey isteye bilerem? eger bir shey yazmaq istesen menim mailime yaz plz. is it possible? sene de ugurlar............... smile

  1. Həsənəlizadə Ramin

    12
     

    Gülməli idi!))) Çox sağ ol Vüqar! grin

  1. Vuq@r

    13
     

    Salam Mehin . Qız məni birinci başdan çıxardı ... smile

    Babamın başına vuranda uşaq idim deyə vicdan formalaşmamışdı .İntiqam hissi idi .Dişə diş .Ama qardaşımı vuranda artıq vicdan yaranmışdı .Qebul etmedi vurdum
    grin .Əl qabiliyyətim yaxşı olduğu üçün hələ də o çapıq qalır .o da məcburən saçında tağ ayıranda düz çapığın üstündən ayırır. smile
    -----------------------------------------------------------
    Təşəkkür Şəbnəm...Uşaqlar ona görə yastığın altına qoyur ki hər şey -çünki ora sandıq kimi güvənli yerdir. grin .Mən güvənli olduğu üçün qoyurdum. grin

    Səbnəm hövsələn çatıb mənim manyak uşaqlığımı oxuduğun üçün təşəkkür smile
    ------------------------------------------------------
    Hə Leyla .....Hələ çoxunu yazmadım .Bura cıxılası deyil .... smile
    ------------------------------------------------------
    Salam Vusalə .Həmən pessimist olma smile ..Hər şey paylaşdıqca gözəldir. smile Həyata pozitive baxmağın yaxşıdır .Mən də də zamanla olub.Ama mən dünyanı özümü dərk edliyəndən sonra pessimist notlar yarandı.Sən də oz uşaqlığını paylaş ...Əgər blogunda yazmaq istəməsən mailimə yaz .Mən oxuyaram
    . smile ....

    Olar .Niyə olmasın....Mailine yazaram..wink
    -----------------------------------------------------------
    Təşəkkür Ramın smile

  1. Kami

    14
     

    Vuqar maraqli usaqligin olub. Şəkildə zordu. Amma birazda dəcəl olmusan deyesen

  1. Kami

    15
     

    Salam Vuqar səndən 1 xaişim olacaq mənim reklam banerimim kodunu sil əvəzində yenisi ora qoy oldu.


    <br><center><a href=http://www.yarasa.tk target="_blank"><img src=" http://i530.photobucket.com/albums/dd341/Nabiyev/kamivideo/yenibanner-1.gif"
    border="0" alt="YARASA SENDE QOŞUL" width="140" height="140"></a></td></center>
    <br>


  1. Radiq

    16
     

    Maraqli idi, ifade shekli ise daha maraqli idi mence

  1. yahya

    17
     

    vallahi oxudum və çox şad xurrəm oldum.belədəki hər bir insanın fərqli uşaqlıq həyatı olur.sizdə də çox maraqlı anlar çox olub .əhsən sizlərki oz uşaqliq çağlarınızı bu cür gözəl xatirlayirsiniz.
    Gözəl qələminiz var təbrik etməlidir.

  1. 4R!F

    18
     

    "Mənə heç vaxt qırmızı rəngli paltar geyindirə bilmədilər …Çünki kişi qırmızı geyinməz deyə düşünürdüm"
    senin bu fikrinle razi deyilem wink cunki kisilik rengle bilinmir emelle bilinir...
    belediki bu deyqe damarimizdan axan qanda qirmizidi bunu unutma!!!

  1. Vuq@r

    19
     

    Salam Arif qardasimiz ..Guya sen enden agilli cixdin daaaa
    Qayda 1-Bu menim usaqliq dusuncelerimdir ..LAzim olsaydi boyukluk dusuncelerim yazardim
    Qayda 2-Menim hal hazirda 20 yasim var.Kisiliyi de mene basa salmaq lazim deyil
    Qayda 3-Serh yazanda bax gor niye ve neyi oxuyub yaziram...bir cumle oxuyub serh yazma ..
    Qalan qaydalari da demirem.. shocked

Şərh yazın

    • shocked
    • smile
    • evil
    • grin
    • question
    • lol
    • rolleyes
    • mad
    • wink
    • razz
    • confused
    • redface
    • cool
    • suprised
    • cry
    • sad

    captcha