Reklam verin!
Yuma Ailə Jurnalı

 

    Admistrasiya
E-mail: vuqar-qafqaz@hotmail.com

Sorğu

  • Məlumatlar məncə......





Sayqac

    • Online now: 8
    • Keçən ayın reytinqi: 6353
    • Dünənki reytinq: 188
    • Bugünki reytinq: 176
    • Umumi gəlib gedənlər: 36081

Müxtəlif

  • baxış
    133

     “Uşaqlıq sırlərim” yarışmasından sonra yenidən qayıtdım .Bir az əyləndik, bir birimizin uşaqlığına güldük ....fərqli uşaqlıqlar.Barmaqlar da fərqlidir .Ama bir yerə gələndə bacamadığı heç nə yoxdur .... Mono Lizanı da yaradan barmaqlar idi .Ama bir şey çatmır ...Bu barmaqları bir yerə yiğan nədir ? ...Bu insan zəkasıdır ...Biri birindən fərqli dostlari da bir yerə yığan Azəriblog oldu ..Təşəkkür Fərhad .

       Qələmimdə mürəkkəb qaynadı..İsti isti vərəqlərə əbədiləşdirmək zamanı gəldi.
    Bu yaxın günlərdə yaxın bir dostumun evində qonaq oldum ...Bizi həyətdə cay süfrəsi ilə qarşıladı.....yeriniz məlum .Və ordan –burdan söhbət ..Vaxt keçdi.Hər kəs dağıldı ....Bir neçə anlıq tək qalmalı oldum ...Tək deyildim sən demə...Dostum məni təklikdən qutardı ...Bu kiçik və zənzirlənmiş dostum balaca bir it idi .Həyətədə məni tək görcək mənə qarşı hürməyə başladı ...Qəribə gəldi mənə .Səhərdən bəri sakit idi .Niyə birdən mənə tərəf hürdü...Hürməyində qeyri –adilik var idi .Ev sahibindən bir çay xahiş etdim...Çay gətirdi .Çox sağ olsun ...Mən elə əlimi stəkana atmaq istəyirdim , it başladı daha da bərkdən hürməyə .
        Düşündüm ki çox güman bu acdır .Və çay boğazımdan keçmədi...Dedim gəl qəndi heç olmasa balaca dostumla bölüşdürüm ...Qənd atdım ona ...O da təşəkkür edərək böyük həvəslə qəndi yeməyə başladı ..Ozüm də sevindim.Onu da deyim ki mən hər dəfə bu iti görəndə həyətin o başından gedirdim ki bu dəqiqə zəncirdən çıxıb məni parça parça eliyər ..Ama itin belə centldog hərəkəti məni sevindirdi .Və məndən daha bir qənd istədi ..verdim yenə.Nəysə bu minvalla hardasa 10 dənə qənd atdım ona ...Artıq o mənə hürmürdü. Başladım onunla bir az əylənməyə .Bir qəndə görə hər şeyini verəcək vəziyyətə gətirdim onu.Bir qəndə görə eləmədiyi manevr qalmadı .Nə var ki bir dənə qəndə sahib olacaq ..Qəndi su içdiyi qaba atdım ..Ağzı sirin olsun deyə .Basını soxdu suya .Tükləri isllandı.Zəncirləndiyi üçün müəyyən məsafədən qabağa gələ bilmirdi.Düşündüm...... Deyəsən illər boyu axtardığım yolu tapmışam .Xain kimi düşünsək –mən itin zəif tərəfini tapmışdım və bunu ona qarşı silah kimi istifadə edirdim.Zəif tərəfini tez ələ verdi .Ya da mən onu tez kəşf etdim..Ya o ağılsızdır ya da mən bunu tapacaq qədər diqqətliyəm ..Bilmirəm.Çünki bu itin nə vaxtsa bir qəndə görə əyiləcəyini ağlıma gətirmirdim....Bəli.Bu dəfə zəif tərfin aşkara çıxılmasının nələrlə ödəndiyinə aydınlıq gətirməyə çalıcağıq .
        Çox təəsüflə demək istərdim ki bir çox xalqların da taleyi bu itin taleyindən heç də fərqli deyil ..Hər dəfə itə baxdıqca özümüzü görməyə çalışıram ..o özümüzü ki bizi də bu itin vəziyyətinə qoymaq istəyənlər etrafımızı alıb.Artıq bizlərin də zəif tərəfimizi kəşf etməyə çalışırlar ...Bəlkə də tapıblar .O tərəfimizi ki qənd qədər şirin şeylərlə bizi aldadırlar ...Və bu şirinliyin arxasında nələrin dayandığını düşünmürük ..Bu gün bu şirinliyi bizə nəsib edir ..Ama onun arxasında nələr dayanır ?. Bizim zəif tərəfimiz nədir ?....Nədir ki səbəb bizi belə istədikləri yerə yönləndirə bilirlər? ..Bunun adı zəifik...Daxilən.Çünki nələrinsə əsiriyik.Hər qənd atana səcdə edirik az qala ..Bizi çoxdan zəncirləyiblər..Buna heç kəsin sübhəsi olmasın...Və bu zəncirlənmiş sahədən qıraqda bizi oynadırlar .Bəs biz niyə zəncirləndik? Deyim sizə: tamahımız və nələrinsə bizə şirin görsənməyinin ucbatından.Bəlkə də it zəncirdən çıxsaydı məni parça tikə edərdi ..Ama o zəncirlənmişdi artıq ...Zəncirlənmiş xalqlar kimi.Onun iki yolu var idi-ya qüruruna sığıdırmayıb hər ona yemək atanın yeməyini yeməyib acından ölmək ..Ya da gücünü toplayıb zəncirləri qırmaq .Ama o zəncirləri qıra bilmirdi .Çünki o zəncirlər nə vaxtsa ya kötəklə ya da tamahının ucbatından boğazında idi ..İndi kötək zəmanəsi moddan düşüb.Artıq xalqları da silah yoluyla deyil,daxilinə virus atmaqla təsir edirlər .Necə ki Azərbaycanı bu gözləyir.İndi mənliyini ,səxsiyyətini tamah ucbatında satmaqla özündən asılı edirlər ...Bizi də bu vəziyyətlə qarşı qarşıyayıq.Cəmiyyət korlanır..Bu bir işarə deyil ?.Darıxmayaq...Bir gün bizləri də belə itin vəziyyətinə salacaqlar..İndi nə qədər ki şirin gəlir hiss etmirik.Ama zamanında da gec olacaq .Gəlin ya indidən xalq kimi zəncirləri qırmağa çalışaq..Lap bacarmasaq da .Cəhd etmək eləmək kimi var .Çünki zamanla gücümüz olub ,ağlımız olmayıb.Ama indi nə qədər ki ağlımız var .Cəhd edək.Yoxsa mənviyyatımız oğurlayıb etməyəcəklərini buraxmayacaqlar.Necə ki ilk addımları atırlar.
         Vəəəəəəəəəəə ...Nəhayət ki itin başını sığallamağa bacardım..Gördünüzmü tamah nələrə qadirdir.Artıq itin hərəkətlərinə mən nəzarət edirdim..və ona dedim..Dostum ...Gördünmü sənin zəif tərəfin səni nə yollara saldı.Ozünü satdın 1 qəndə görə.Allah sənin vəziyyətini heç kəsə göstərməsin...get dostum.Bir daha eyni səhvləri etməmək ümidi ilə ...

    it tamah azadlıq pozulmuş qram 

    Şərhlər(11) Maraqsız düşüncələr

     

  1. Ruzigarim

    1
     

    Sanki 100 il belə gözəl məqalə oxumamışdım.

  1. asif eminov

    2
     

    Maraqli meqale idi. Amma gerek iti axirda tumarliyib buraxmazdin. Onda daha da ornek olardi. Cunki deyib-deyib, axirdan iti "buraxmaq" dediklerinin eksi oldu. confused (men hemishe itimi doyurdum). Ve burda bele bir Asifin sozunu keshf etdim...
    -"Insan ozu-ozunu derk eden gun oz zuhurunu calacaq. Insanin oz nefsine qalib gelen gunu, onun zuhur gunudur". confused

  1. Kami

    3
     

    Salam məndə Ruzigarın sözlərinə qatılıram. Efir yazmısan və də maraqlı.

  1. Mehin

    4
     

    Eh Vüqar, xalqın iradəsi elə sındırıb zəncirlənib ki, bir qəndə görə susub yaltaqlanmayanı belə əlini qaldırıb tərpənə bilmir...

  1. Şəbnəm

    5
     

    Salam Vüqar. Darıxmışdıq lap smile.
    Fərhad bəyə mən də minnətdarlığımı bildirirəm, bizləri bir anlığa uşaqlıq vaxtlarımıza qaytardı. Əslində mən bu oyunu uşaqlıq sirləri yox, uşaqlıq xatirlərəi və ya əhvalatları adlandırardım, çünki, elə də sirr olmaqda davm edən sirri yoxdur bloqçu uşaqların, ya da var gizlədirlər və ya da ki, bir vaxt sirr olub, sonra sirr olmaqdan çıxıb. Nə isə. Təşəkkürlər, Fərhad bəy!

    İndi isə gəlim əsas mətləbinə. Ruzigarıma tamamilə qatılıram. Maraqlı yazı yazmısan.
    Oxuduqca bir şer yadıma düşdü. Bir bəndini yazım, sən də oxu:
    İllərlə yerinə yetməyən arzun,
    döndü həqiqətə çəksə də uzun.
    Halal azadlığın mübarək olsun,
    Vətən, gözün aydın, xalq gözün aydın,
    qırdın zəncirləri qalx gözün aydın!!!

    Bəlkə də mövzuna tam uyğun bir şer deyil, amma, burda da elə o zincirlər var. Düşünürəm ki, azad bir ölkənin azadlığı nə dərəcədədir? Elə şirnikə-şirnikə sən demişkən nəfsimizə yenik düşürük. Çoxları da ki, bu azalıqdan heç istəfadə belə edə bilmir. Zincirlənib bir dərdin ağacına, hey sürünür ki, bəlkə qopara o zinciri kökündən. Fərqi yoxdur, kim zincirləyib onu. Amma, hey sürünürsad.

  1. Ruzigarim

    6
     

    Asif, düşünmürəm ki, o sözü sən kəşf etmisən, amma onu dərk etməyin əladır.
    Vuqar, bilmirəm demişəm, ya yox, amma statisika apariblar ki, Braziliyada yoxsulluğun səviyyəsi artdıqca satılan televizorların da sayı artır.

  1. Həsənəlizadə Ramin

    7
     

    Çox maraqlı və dərin mənalı bir yazıdır! Vüqar, əllərinə sağlıq! Çox düşündürən və həqiqəti əks etdirən bir yazıdır. Vüqar, sənin yazı tərzin getdikcə inkişaf edir... bir görəcəyik ki, yazıçı olmusan))) onda bizi unutma, kitabını alıb, gəlib avtoqraf istəyəcəyik))))

  1. Turalfot

    8
     

    Axir ki yazdin Vuqar. Donusun muhtesem oldu.) Evvela onu deyim ki, itin qendi sevmesin yalniz ozuncun kesf elemisen))) rayonda emimim de iti var idi ve o da qendi cox sevirdi. Itler sirin seyden otru olurler. Sen itin zeif noqtesin hemin anda elinde olan yegane seyle tutmusan.Bax deyim , amma bizim zeif noqtemizi diger xalqlar cooooxdan ve bir nece yerden tutublar. Bunu ozumuz de etiraf elemisik, ermeniler de defelerle deyib - bizim en zeif noqtemiz unutqan ve qadinlara kifayet qeder meyilli olmagimizdir. Ermeniler ikinci ile bizi yaman vurublar ve ona gore bugun cemiyyetde qani qarisiq olanlar coxdu. Bizi artiq en azi 18ci esrden qadina olan herisliyimizin ucbatindan ilisdiribler. Tekce bir fakti deyim ki, 18-ci esrde Qarabag xaninin oz heyat yoldasindan basqa 3-4 ermeni arvadi olub ve her defe de onu ermeni meliklerine qarsi mubarizeden yayindiriblar. Ona gore de bugun de qadin herisliyi boynumuza zencir olub. Eger qarabaga bizim erazimiz daxilinde muxtariyyet verseler ve eger biz ermenilerle bir yerde yasayasi olsaq, yene de "qeyretli" ogullarimiz gedib ermeni qizlarina tamah salacaqlar. hele ki bu qeder. Etikadan kenar bir sey yazdimsa(ki mence yazmamisam) evvelceden uzrxahligimi bildirirem

  1. vuska

    9
     

    bele baxiram, yeni oxuyuram adi movzudur eslinde. ama bashimi ishledib chox yox bir balaca dushunende heddinden artiq chox derin movzuya toxunmusan. ne deyim. halaldi. bele de davam ele. sene ugurlar...

  1. Vuq@r

    10
     

    Tesekkur dostlar oz deyerli fikirlerinizi bildirirsiniz...Ne yaxsi ki sizler varsiniz..Uzrlu hesab edin.sizin serhleri gec cavablandira bildim ..Islerimmin coxlugundan inanin ki basimi qasimaga vaxtim bele yox idi...Umid edirem ki uzrlu hesab edeceksiniz smile
    -------------------------------------------
    Asif men iti ona gore buraxdim ki..kas ki zeiflerin de qabagina menim kimisi cixib onlara bir defe azadliq ucun sans vererdi ...hec bir defe ansi da vermirler ...
    -----------------------------------------------------------
    Diqqetin ucun cox sag ol Kami...minnetdaram
    -----------------------------------------------------------
    Duzdur Mehin.... smile Hemise senden gozlmediyim cavablar aliram..yaxsi menada... wink
    -----------------------------------------------------------
    Heeeeeeee Sebnem bacim..Raziyam seninle ...Ama bir gun biz bu zencirleri qiracagiq ...sebr bir hedde kimdir.
    P.S -Yazdigin beyt de tam movzuya giredir...xosum geldi smile
    -----------------------------------------------------------
    Tesekkur Ramin ...Beyendiyine cox sevindim ...Senin yazdiqlarinin yaninda menimki nedir ki.....senin qeleminden ilhamlanmisiq daaaaaaa...Deysen eledir...yazici olacam ...ama sizleri hec vaxt unutmayacagam ... smile
    -----------------------------------------------------------Etikadan kenar olsa da heqiqetdir...Tesekkur Tural.Duz dedin ...beli arvadbazliq bizim belamizdi...
    ------------------------------------------------------------
    Vuska sozun qudretinin qabaginda her sey acizdir ... smile

  1. asif eminov

    11
     

    Ruzigarim, ola biler onu kimse bashqasi deyibmish, amma men eshitmemishem. confused Bu haqda Nitzshenin de maraqli fikirleri var. Hetta onun fikrince insan ozunu derk eden gun, Tanrini ölmush bilir.

Şərh yazın

    • shocked
    • smile
    • evil
    • grin
    • question
    • lol
    • rolleyes
    • mad
    • wink
    • razz
    • confused
    • redface
    • cool
    • suprised
    • cry
    • sad

    captcha