-
baxış155
"Mənlik" sənlik deyil
Yazar: Vuq@r Tarix: Oktyabr 3, 2008 20:39
Özümün qələmə aldığım hekayə .....
Dərs həyacanından başları yenicə açilmışdı ...Son zəngi qeyd etmək üçün şəhərə çıxmışdı dostlar.havalar kifayət qədər isinmişdi...hər kəs bacardığı qədər yaraşıqlı görsənməyə çalışırdı.Saçını uklatka elətdirən kim , ayaqqabısının toz olmaması üçün cibində köynəyi boyda parça gəzdirən kim.Ama içlərində bir gənc seçilirdi o birisilərindən....
Hər qızın xəyal belə edə bilməyəcəyi yaraşıqlı oğlan idi.Sərt baxışından çox qızlar onun gözünə dik baxa bilmirdilər.Olduqca mərifət sahibi, sözünün yerini bilən idi Dostların içində də sözünü kəsərinə görə də seçilirdi...Nədənsə bu qədər yaraşıq sahibinin sevdiyi bir qız yox idi.Hər dəfə dostları ondan niyə sənin də qızın yoxdu soruşanda o hər dəfəsində ram edəcək baxışlarını daha da sərtləşdirib- sizin işiniz gücünüz yoxdur deyərdi.Məktəbin qızları ona dəli kimi aşiq idilər.Nədənsə ürəyinə yatan qızı tapa bilməmişdi
Dostlar şəhərin gözəl yerlərini gəzməyə başladılar...Aralarında özlərini saxlaya bilməyib məzun qızlara söz atanları da var idi ..Hələ söz atıb cavabsız özü özünə şit gülənlər də.Hər kəs deyib güləndə o dənizə tərəf çevrilib , dənizi seyr edirdi...Düşüncələrə qərq oldu...Dostlarım düz deyir .Niyə mənim də sevdiyim bir qız yoxdur ...Axı niyə..Düşüncələrini bölüşəcək birisinə ehtiyac hiss edirdi artıq.yumruğunu sıxdı.Kaş ki yanımda başını sinəm üstə qoyan və məni həqiqtən sevən, məni anlayan qız olsaydı..Düşüncələrə qərq olmuş halda əlini çiyninə tərəf apardı..Hiss olunurdu ki sanki yanında həqiqətən sevdiyi qız başını onun sinəsi üstünə qoyub..Əli boşa gedəndə ayıldı elə bil röyadan..Tez özünü ələ aldı.Dostları səsləyirdi uzaqdan onu ...Çevriləndə sərin meh onun telini dağıtdı...Sərt baxışı ilə dənizə tərəf baxıb-görəcəksən gələn il sənin yanına sevgilimlə gələcəyəm..Axşam yaxınlaşırdı..Dostlar bir az gəzişib maraqlı nəysə etmək fikrinə düşdülər..Hərə bir versiya deyirdi.Birdən içlərində yaşca onlardan bir yaş böyük olan və yüngül təbiətlisi dedi ..Gəlin bara gedək.göstərim sizlərə orda nələr var.Sanki hər kəs bunu gözləyirmiş..
Gənc oğlan getmək istəmirdi.Ozü özünə düşündü.Mənim nə itim azıb barda...Nəysə sadıq dostlarının minnət xahişi ilə razılaşdı..Qəlblərinə dəymək istəmədi.
Bardakı siqaret tüstüsü bayıra qədər çixmışdı..Dostlar həvəslə bara girdilər.Sanki orda nəysə paylayırlar bunlara çatmayacaq.Yaşca böyük və yüngül təbiətli dost başladı fəxrlə bardakı günlərindən dəm vurmağa.Mən burda belə eləmişəm..Filan qız mənim qızımdı.Bir sözlə başladı nağıl danışmağa..Hər kəs də elə qulaq asırdı ki elə bil bunun ağzından bal tökülür.Gənc oğlan da bunlardan qıraqda oturub barda nələr olub bitdiyini anlamağa çalışdı..İlk dəfə idi barda olurdu..Yenə qaşları düyünləndi.Deyəsən nəysə görmüşdü...Biri birlərinə sarılmış qızla oğlanı görmüşdü..Qızla oğlan öz keflərində idilər..Nifrət hissi ilə onlara baxib.Sən demə sevgi buna deyirlərmiş deyə dodağının altında özü özünə dedi.Bir qız əli onu ayıltdı..Çiynində qız əlinin olduğunu hiss elədi...Arxaya çönüb kim olduğunu biləmək istəyəndə etiraslı bir səs-Qəşəng oğlan siqaretimi yandıra bilərsən ? ilk öncə duruxdu...həyacan da basmağa başladı.Ozünü sındırmayıb –çəkən deyiləm.Bu səfər qız alışqanı uzatdı ona .Buyur yandır ...görək fərasətini..Oğlan bu dəfə daha da həyacanlanmağa başladı...Bəlkə özünüz yandırasız deyərək qaşlarını düyünlədi....Ciynini qabağa çəkmək istədi ki qız əlini götürsün ...Qorxma incitməz əlim səni .
Məni incitmir ...Mənliyimi sızladır.Xahiş edirəm götürün əlinizi.Qız başladı gülməyə ..Buna bax aaaaa.Lap diplomatlar kimi danışır..-Xahiş edirəm zad.Bu qədər yaraşıqlı oğlansan...Aqressivlik sənə heç yaraşmır..Oğlan bu dəfə daha sərt baxışıyla baxdı bar qızına..Sən nə anlayarsan mənlik nədir ...Oğlan durub getmək istəyəndə qız- sən mənim ağlımı başımdan aldın deyərək oğlanın əlini bərkdən sıxdı.Oğlan : sən mənliyini 3 qəpiyə satmış birisən.Səninlə mənim nə işim olar.deyərək sözünə davam elədi .gözəl qızsan ..Ama nə fayda .İçin boş qazanlar kimi boşdur..Çirklisən..Haram pullar kimi.Səni qazanmaq asandır ..Ucuzsan ...2-3 qəpiyə görə özünü yüzlərlə insana satarsan..Bəs sənin ləyaqətin ? Ona görə əlimi burax..Səninlə mənim işim olmaz...Zəiflərə toxunmaram heç vaxt ..Qızın gözləri doldu.Həqiqətən o ağlayırdı.Oğlan yenə davam etdi...Ağlamağının xeyri yoxdu ..Artıq sən özünü satmısan..Ama əgər bir qram mənlik qalıbsa səndə mənim dediklərimi anlayacaqsan ..Mənlik və ləyaqət nə pulla alınır nə də satılır.Əlini qızın əlindən sürüşdürüb siqaret tüstüsüylə bürünmüş qapıda yox oldu .öz sevgisini axtarmağa ...............................................................
Şərhlər(17)
Maraqsız düşüncələr
-
orxan92 Oktyabr 3, 2008 21:05
-
vuska Oktyabr 3, 2008 23:42
2ay vuqar senden bir shey sorushum...heyatda bele hadiseler chox olur. olan hadisedir yoxsa???...(ozunden duzub-qoshmusan
)
-
Vuq@r Oktyabr 4, 2008 8:44
3tebii ekser hekayeler heyatdan goturulme olur...
Kagizlarda ebedilesende olur hekaye
bir az heyatdan bir az da fantaziyanin gucu.
-
RAUL Oktyabr 4, 2008 16:14
4MARAQLIDIR HEMKAR TEWWEKUR
-
Mehin Oktyabr 4, 2008 16:41
5Yaraşıqlı və gənc oğlan, gedir bara, sadəcə bu sözləri deyib çıxır... inanmaq istərdim... Başqalarından seçilən bu gənc bizim zəmanədə yaşayır???
-
Vuq@r Oktyabr 4, 2008 16:47
6He ...inan .bele bir sey mumkundur ...
He ozu de bizim zemande yasayir ..
-
Turalfot Oktyabr 5, 2008 21:38
7Vuqarla raziyam, var ele oglan, ozu de bizim zemanede yasayir, ozu de Bakida)))
-
Vuq@r Oktyabr 5, 2008 21:43
8Tural ...Men o oglani yaxindan tanimaq isterdim ..Kimdir ki o ?
-
asif eminov Oktyabr 6, 2008 0:18
9Maraqli hekaye idi. Heqiqeten. Amma bir az da ishleseydin uzerinde daha ayxhsi oalrdi mence. Mence telesmisen yazini bloga yerleshdirmeye. Hem de bir az artirmalar da ederdin. Amma yene de tenrikler. Real sehneler daha cox diqqetimi celb etdi.
-
Vuq@r Oktyabr 6, 2008 9:25
10Bilirem Asif ..Catismayan yerler var ..Bu da yazarken bir az aqresivlesmeyimden ireli gelen seydir ...Sonradan hirsim soyudu ...Ama nedense istedim ki orginal ,ele nece aqresive yazmisamsa o veziyyetde qalsin .yoxsa yumsaldacaqdim hadiseleri ...
Oxudugun ucun tesekkur ...
-
Solar Oktyabr 7, 2008 21:08
11Oxudum tesekkurler cox maraqli idi...birde men dusunurem ki bu qun gencler sizin yazdiginiz hekayedeki oglanlanlar kimi olsaydi belkede heyat basqa cur ola bilerdi...ama indi leyaqet sozunu basa dusen oglan ve qizlarimiz cox azdir!!!!!
-
Vuq@r Oktyabr 7, 2008 22:33
12Blogumu ziyaret edib oz deyerli fikirlerini paylasdigin ucun tesekkur Solar....he cox azdir ...Ama men hele de hemin exlaqli muhitin arzusundayam ...
-
Şəbnəm Oktyabr 12, 2008 20:28
13Salam.
Vüqar maraqlı hekayədir. Günümüzlə ayaqlaşan. Çünki, sən orda hamının ləyaqətli olduğunu yazmamısan, sırf birini yazmısan. Bu da ki, təbii ki, ola bilər. Axı hamı lləyaqətsiz, mərifətsiz deyil.. Digərləri isə 100 % var. Necə ki, buyurmusan. "Filan qız mənim qızımdır" - necə də yüngüllük, elə deyilmi? Həqiqətən də bəzi oğlanlarda belə bir xüsusiyyətin olmağı çox pisdir. Hətta qıza qarşı fikirləri ciddi olmasa da belə ifadələr o şəxsi gözdən salır, çünki, heç də uacalası deyil. Bu bir.
İkincisi, bir az Asiflə razıyam. Bu yazını daha da dolğun və mənalı yaza bilərdin. Demirəm haa pisdir, əksinə xoşuma gəldi. Amma, elə bil ki, burda iki mövzu bir-birinə qarışıb: Ləyaqətli bir oğlanın sevgi (yar) istəməsi və dəniz kənarına gələn il sevgilisiylə gələcəyini diləməsi və ya ümid etməsi adamda belə bir təəssürat yaradır ki, hekayənin davamında o mütləq kiminləsə tanış olacaq və bu yolda istər çətinlik çəkəcək, istərsə də hər şey yaxşı olacaq və sonda o bu sahilə sevgiliylə gələcək. Burdan (mənə görə) belə bir nəticə çıxır ki, birinci hissən yarımçıq qalıb
İkinci pərdə isə bar əhvalatı...
İkinci hissəyə görə isə belə deyərdim ki, əvalatın əvvəli çatışmır. Onu da düzəldə bilərsən. Və inan mənə sən də çox maraqlı iki hekayə alına bilər. Bu filmləri tamamlamaq lazımdır və inanıram ki, səndə bu alınar.Yox əgər sən bu iki mövzunu bir arada düşünürsənsə, o zaman gərək bir az da dolğunlaşdırasan.
Amma, hər halda mənim xoşuma gəldi. Daha çox da o ki, mövzular mənə görə ayrı olsa da oğlan sonda gedir sevgisini axtarmağa. Yəni sən sırf o sözünlə birinci hissəni və ümumiyyətlə hekayəni tamamlamağı bacarmısan. Əgər o cümlə olmasaydı, hekayə bir az lüt görünərdi.
İradlardan incimə Vüqar qardaş. Obyektivdir. Uğurlar!
-
Vuq@r Oktyabr 12, 2008 22:35
14Səbnəm iradlarına görə elə sevindim ki.......
Mən iradları cox sevirem .Cunki irad olan yerdə inkişaf olur ...Bu demək olar ki ilk hekayelerimdəndir ..professionallıqdan uzaqdır...inşallah gələn dəfəyə bu çatışmamazlıqları aradan qaldıracam ..Bir daha təşəkkür Şəbnəm ....
-
Gunel Oktyabr 28, 2008 17:33
15Maraqli hekayedir ve gunumuzle ayaqlawandir,duzu bele insanalar(o genc oglan kimi) hele de var ama coooooooooox az,barmaqla sayilasi qeder az,ne elemek olar?!umid eliyek ki,yaxwilar da pislere qowulmaqdansa pisleri yaxwiya teref ceksinler.
-
Melhem_OzTurK Noyabr 2, 2008 21:00
16hmmm cox gozel menimn xoshuma geldi. Ama ele bil ki, nese catishmir, nedense mene ele geldi ki, hekaye yarimciq qalib. Vuq@r tebii ki? sene neyise oyretmek mene dushmez, amma men shexsen isterdim ki, sen bunun uzerinde bir daha ishleyesen ve ardini yazasan bunu. Cunki bu hekayeni cox gozel sonluqla bitirmek olar. Sene Ugurlar. Umidvaram ki, fikrimi sert qebul etmersen)))
-
Vuq@r Noyabr 2, 2008 23:10
17Insallah ...Uzerinde islmeyi ozum de dusunurem ...Ama oz aramizdi bu yarimciq olmasaydi bu qeder serh qazanmazdi


- Ağlayan da insan ağladan da insan!
- Belə baxanda...
- Islam, Haqq Din
- UNUDULANLAR
- WWW.ICELL.TK
- Mürəkkəb dolu qələm
- WwW.ZorR.Tk-burada her sey zorrdu.
- businessway.tk
- Ruzigarım
- cızma-qaralar...
- OAZİS (vahə)
- təkrar biliyin anasıdır
- Qalereya
- hər şey haqqında
- Qubadli
- IT sevərlər üçün hər şey!
- AZƏRBAYCANDA ILK HAZIR KOD SAYTI
- Aynurkanin bloguna xos gelmisiniz!!!
- Siyasi mücrü ....Açılır artıq
- Yeni sayt hazirdi www.aznax.tk yazin ve daxil olun
- Sevgi dolu anlar !
- mehsetimusa




Blogcularin gorusu 4 oktyabr 2008 ci il Ayna Sultanova heykelinin yani saat 14:30 da bas tutacaq. I..tirak etmek isteyenler orxan92@hotmail.com adresine yaza bilerler. Daha etrafli melumat http://some.azeriblog.com/2008/10/03/4-oktyabr-2008-bloqcularin-gorush-mekani
Bu adresde. Goruse gelecek her bir blogcuya derin minnetdarligimi bildirirem