Salam əziz dostlar.
Bu dəfə sizə internetdə çoxunuzun tanıdığı TheVoteNation layihəsidir. Hər il sorğu keçirdən bu layihə Azərbaycanda da məşhurdur. Mən şəxsən sizi belə boş-boş şeylərə vaxt ayırmamamağa dəvət edirəm. Bu Vaxt itkisindən başqa bir şey deyildir. Layihəni hazırlayanlar məqsədi çoxlu ziyarətçi toplamaqla yaxşı pul qazanamaqdır. İnsanlarda milliyətçilik hisslərinə toxunub bundan şəxsi mənfəətləri üçün istifadə edirlər.

1. Guya hər hansı ölkə orda qalıib elan edilərsə nə olacaq ki?
2. Kim qarantiya verə bilər ki, səsvermə düzgün keçirdilir? (öldürsələr də inanmaram)
3. Səsverməyə qalsa, Çində bircə gün ərzində hər çinli bircə dəfə "Like" deyə səs versə özlərinə onda nəticə göz qabağında olacaq... Ya da tərsinə Hindistanlılar bircə gün ərzində bircə millətə dislike səs versələr o zaman da nəticə göz qabağında olacaq.
Hər birinizi bu layihəni baykot etməyə və o qızıldan dəyərli vaxtınızı daha gözəl işlətə sərf etməyə səsləyirik. Məsələn: hər hansı bir kitab oxuya, maraqlı bir video, verliş və s. baxa, musiqi dinləyə, uzanıb dincələ, həyətə çıxıb təmzi havada bir az gəzişməyə və s. dəvət edirik sizi :)
İnanın ki, Azərbaycanın o siyahıda öndə ortada ya da sonda olmasının Azərbaycana heç bir xeyiri yoxdur.
Bunu demək borcumuz idi. Təbii ki, qərar sizindir ;)
Dərin hörmətlə. |